Azərbaycan və Ermənistan Moskvada yenidən danışıqlara başladılar

03 iyun, 2021 00:21

Rusiyanın paytaxtı Moskvada Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri baş tutub.

Azsiyasət.com TASS-a istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Ermənistan sərhədinin müəyyən ərazilərindəki gərginliyin azaldılması məsələsini müzakirə ediblər.

“İyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri keçirildi. Görüşdə Ermənistan və Azərbaycanın müəyyən sərhəd bölgələrində vəziyyətin deeskalasiyası yolları müzakirə edildi. İşçi əlaqələrin davam etdirilməsi ilə bağlı razılıq əldə olundu”, - deyə TASS-a danışan mənbə bildirib.