"Simonyan mətbuata divan tutulmasına haqq qazandırır" - Erməni media maqnata sərt ittihamlar

04 iyun, 2021 01:52

Sərhədsiz Reportyorlar Rusiyada dövlətin maliyyələşdirdiyi bir sıra media qurumlarının rəhbəri olan Marqarita Simonyanı Belarusda müstəqil mediaya divan tutulmasına açıq dəstək verdiyinə görə sərt tənqid edib.

Xatırladaq ki, mayın 23-də Belarus hökuməti Ryanair hava şirkətinin Afinadan Vilnüsə uçan sərnişin təyyarəsini saxta bomba təhlükəsi iddiası ilə məcburi qaydada Minskə endirib. Təyyarə endikdən sonra sərnişinlərin arasında olan müxalif Belarus blogeri Raman Prataseviç və onun rusiyalı qız yoldaşı həbs olunublar. Təyyarədə bomba tapılmayıb.

Belarusun bu hərəkəti beynəlxalq hiddətə səbəb olub. Avropa İttifaqı və insan haqları təşkilatları Prataseviçin dərhal azad olunmasını tələb ediblər.

Avropa İttifaqı və ABŞ Belarusun və onun avtoritar lideri Aleksandr Lukaşenknun üzərinə yeni sanksiyaların qoyulacağı ilə hədələyiblər.

Bütün bunlara rəğmən Simonyan Belarus hökumətinə heyranlığını bildirib və avtokrat lider Lukaşenkoya minnətdarlıq edib: “Heç ağlıma da gəlməzdi ki, nəvaxtsa hər hansı səbəbdən Belarusa qibtə edə bilərəm. Amma indi qibtə edirəm. Batya əla hərəkət edib”.

Parisdə mənzillənmiş Sərhədsiz Reportyorların “Rusiya təbliğatının sütunu” adlandırdığı Simonyan 2005-ci ildən RT kanalının başçısıdır.

O, habelə dövlət tərəfindən maliyyələşdirilən “Rossiya Seqodnya” (Rusiya Bugün) media qrupunun rəhbəridir. “Sputnik” şəbəkəsi də bu qrupa daxildir.

Sərhədsiz Reportyorların baş katibi Kristof Deluarın iyunun 2-də verdiyi bəyantda deyilir ki, Simonyanın bu şərhi onun Belarusdakı həmkarlarına divan tutulmasını alqışlaması anlamına gəlir, halbuki o, söhbət özünün rəhbərlik etdiyi qurumlardan gedərkən media azadlığının qızğın tərəfdarı kimi danışmağa çalışır.

Cənab Deluar habelə Simonyanın yadına jurnalist etikasına dair Münhen Xartiyasının 2-ci maddəsini salır. Həmin maddədə deyilir ki, jurnalistlər informasiya, şərh və tənqid azadlığını müdafiə etməlidirlər. Deluar bildirir ki, Marqarita Simonyan bunun tam əksini edib.

Belarus 2021-ci il Dünya Media Azadlığı İndeksinə görə 180 ölkə arasında 5 pillə geriləyərək 158-ci yerə enib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"