"Həmin minalar 10 günlük güzəşt müddətində basdırılıb"

04 iyun, 2021 17:54

Bu gün Kəlbəcərdə xidməti fəaliyyətlərini yerinə yetirən jurnalistlərin minaya düşərək həlak olmasından sonra ermənilərin 30 illik işğal dövründə minaladıqları ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməsi və erməni diversantların Azərbaycan torpaqlarına keçərək yollarda mina basdırması ictimai müzakirələrə səbəb olub.

Azsiyasət.com xəbər verir ki, Azərbaycanın ictimai-siyasi sferasında yer tutan şəxslər də bu məsələyə reaksiya veriblər.

Realpartiyasının sədri İlqar Məmmədov bildirib ki, ermənilər həmin minaları sonradan orada basdırıblar: “Susuzluq kəndi Kəlbəcər rayonunun ərazi dərinliyində yerləşir deyə, işğal dönəmində orda mina basdırmağın ermənilər üçün heç bir məntiqi yox idi. Həmin minalar müharibədən sonra Ermənistana ərazidən çıxmaq üçün verdiyimiz əlavə 10 güzəşt günlərində basdırılıb”.

AXCP sədri Əli Kərimli qeyd edib ki, bu hadisədən sonra Azərbaycan hakimiyyəti minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana qarşı ciddi beynəlxalq kampaniya başlatmalıdır.

Tanınmış jurnalist Xədicə İsmayıl ingilis dilində status yazaraq bildirib ki, erməni silahlı qüvvələri minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir: “Keçən həftə ərazidə bir qrup erməni silahlısı tutulmuşdu. Azərbaycan rəsmiləri onların mina yerləşdirdiklərini bildirdi, Ermənistan tərəfi isə "mühəndislik" işləri ilə məşğul olduqlarını iddia etdilər”.

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Kəlbəcərdə vətəndaşlarımızın minanın partlaması nəticəsində həlak olmasında Rusiyanın da günahı var: “Çünki, məhz Moskva Bakıdan xahiş etmişdi ki, Kəlbəcərin boşaldılması bir qədər yubadılsın, guya ermənilərin ərazini tərk etmələri üçün əlavə zamana ehtiyacları var. Biz ermənilərə zaman tanıdıq, onlar da bu zaman kəsiyində əraziyə minalar döşədilər. Dövlət strukturları hadisədən dərhal sonra bəyanat yayırlar. Bu azdır, baş verən hadisəyə uyğun fəaliyyət planımızı da hazırlamalı və həmin planı reallaşdırmağa başlamalıyıq”.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"