"Minalar mülki əhali üçün davamlı təhlükə yaradır" - "Human Rights Watch"

04 iyun, 2021 19:55

"Minalar mülki əhali üçün davamlı təhlükə yaradır".

Azsiyasət.com xəbər verir ki, bunu "Human Rights Watch"un Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qoqia "Twitter" hesabında bildirib.

"Tank əleyhinə minanın Azərbaycanda Kəlbəcər yaxınlığında üç mülki şəxsin ölümünə səbəb olduğu bildirilir. Minanın yeni qoyulması və ya mülki əhalini birbaşa hədəf alması xüsusilə narahatedicidir. Minalar mülki əhali üçün davamlı təhlükə yaradır və münaqişə sonrası bərpa işlərinə mane olur", - Giorgi Qoqia deyib.