"Qulaq as, Nikol, tərbiyəsizlik eləmə!.." - Onik Qasparyan "bukleppaylayan" ittihamına cavab verdi

05 iyun, 2021 16:12

Ermənistanın məğlub silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyan baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanı “tərbiyə sərhədlərini keçməməyə” çağırıb. Qasparyan Paşinyanın onu və bəzi keçmiş generalları “Köçəryan və Sərkisyanın buklet paylayanları” adlandırmasına cavab olaraq belə deyib.

“Hörmətli həmvətənlər, mən Ermənistanın baş naziri vəzifəsini tutan adamın bəyanatına cavab vermək məcburiyyətindəyəm. Heç vaxt məsuliyyətdən yayınmamışam, öz yoldaşlarımın və tabeçiliyimdə olanların çiyinləri arxasında gizlənməmişəm, öz fəaliyyətimə görə cavab verməyə hazıram. Əminəm ki, hakimiyyətin dəyişməsindən sonra obyektiv təhqiqat aparılacaq, hər bir vəzifəli şəxs layiq olduğu cəzanı alacaq.

Qulaq as, Nikol, tərbiyə sərhədlərini keçmə. Mən bilirəm ki, sən ucuz şouların böyük ustasısan və dövləti qətiyyən idarə edə bilmədiyini əsassız bəyanatlarla ört-basdır etmək istəyirsən. Yeri gəlmişkən, buklet paylamaq səndə daha yaxşı alınır (hərçənd metroda bu bukletlərə görə periodik olaraq sifətindən zərbə alırsan)”,-Onik Qasparyan bildirib.

Qaspryan Qazaxın işğal edilmiş 7 kəndinin qaytarılması barədə bəndin 10 noyabr üçtərəfli bəyanatının mətnində yer alması, daha sonra çıxarılması haqda da danışıb. Deyib ki, həmin bəyanat mətni müzakirə olunanda Paşinyana bunun “diplomatik fənd” olduğunu bildirib. Hesab edib ki, bənd mətnə “alver məqsədi” ilə daxil edilib və Qarabağ məsələsinə birbaşa dəxli yoxdur. Qasparyanın sözlərinə görə, Milli Təhlükəsizlik Xidmətinin o vaxtkı rəhbəri Armen Abazyan həmin bəndin çıxarılmasına nail olub...

Qeyd edək ki, Paşinyan Artaşat şəhərində tərəfdarları ilə görüşündə bu haqda danışıb. Deyib ki, Baş qərargah rəisi Qazaxın 7 kəndinin qaytarılmasını da nəzərdə tutan mətnin imzalanmasını istəyib. "Mən isə dedim ki, əllərimi kəsərəm, amma imzalamaram. Buna bir yox, iki yox, neçə adam şahiddir",-o bildirib.

Virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"