"İlham Əliyevi Qarabağda baş verən hər hansı hadisəyə görə ittiham etmək ədalətsizlikdir" - AÇIQLAMA

05 iyun, 2021 20:11

“Hər bir partiya sədrinin Qarabağ məsələsi və orada baş verən hadisələrlə bağlı münasibətinə hörmətlə yanaşıram. Hesab edirəm ki, bu münasibətlərin müəyyən dərəcədə əsaslandırılması ciddi qəbul olunmalıdır. Çünki Qarabağla bağlı əsaslandırılmamış ittiham irəli sürmək insanlar arasında anlaşılmazlıq yaradır”.

Azsiyasət.com xəbər verir ki, bunu Milli Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Müsavat partiyasının başqanı Arif Hacılının ötən gün Kəlbəcərdə baş verən hadisə zamanı jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı qərəzli açıqlamasına münasibət bildirərkən deyib.

F.Mustafa Arif Hacılının bu açıqlamasını təəccüblə qarşıladığını dilə gətirib:

“Təccüblü, təəssüfdoğurucu olmaqla yanaşı, təhlükəli bir tezisin şahidi olduq. Ölkə Prezidentinin daxili siyasətinə bağlı hansısa bir məsələdə müxalifət partiyalarının təmsilçiləri müəyyən ittiham səsləndirə, təndiq edə bilər. Amma Qarabağ, erməni məsələsi ilə bağlı bu formada əsaslandırılmamış bir ittiham irəli sürmək olduqca anlaşılmazlıq yaradır. Sanki İlham Əliyevi ittiham edərək deyirlər ki, “niyə torpaqlar azad olundu, nəticədə Kəlbəcərə gedən jurnalistlərimiz tank əleyhinə minaya düşərək həlak oldular, bunda sən məsuliyyət daşıyırsan. Bu cür ittiham olar?! Biz Qarabağ məsələsində bu cür tendensiyadan uzaqlaşmalıyıq. Bu, tək İlham Əliyevin yox, hər bir azərbaycanlının məsələsidir. Sözsüz ki, öncəliyi, proseslərin idarə olunmasını ölkə Prezidenti aparır. Müharibə dövründə olduğu kimi bizim bilmədiyimiz bir sıra məsələlər var. Amma sonda bizim arzuladığımız nəticə ortaya çıxdı. Hər hansı qapalı danışıqlar, ölkələrlə balansın doğru qurulması həlledici rol oynadı. Zaman-zaman minadan təmizlənməmiş ərazilərdə belə problemlər ortaya çıxacaq. Ərazilərin minalardan tam təmizlənməsi üçün uzun illər lazım olacaq”.

Deputat qeyd edib ki, Qarabağda yarımçıq qalan işlərin davam etdirilməsi üçün bu prosesi aparan şəxsə, ölkə rəhbərinə güvənməliyik:

“Hamımızın açıqlamaları, fikirləri dövlətə dəstəkverici istiqamətdə olmalıdır. Prezident hər kolun dibində olan minaya görə cavab verməli deyil. Ona görə də bu kimi məsələlərlə bağlı fikir səsləndirərkən daha ciddi yanaşmağımız vacibdir. Biz Qarabağda yarımçıq qalan işləri tamamlamaq istəyiriksə, bu missiyanı üzərinə götürən konkret şəxsə güvənməliyik. Necə ki, 44 günlük savaşda güvəndik və Qələbəni qazandıq. Həmin müddətdə ölkə rəhbəri nəyi, nə vaxt etmək lazım olduğunu əməllərilə sübut etdi.

Hesab edirəm ki, hər hansı bir şəkildə ölkə Prezidentinin ittiham olunması absurddur. Çünki prezidentin də ermənilərlə bağlı verdiyi sərt mesajlar ortadadır. Bu, onu göstərir ki, Prezident də azad olunmuş ərazilərin tezliklə minadan təmizlənməsi, insanların öz yurd-yuvalarına qayıtmasını istəyir. Arif Hacılının paylaşımında belə bir fikir ifadə olunur ki, sanki 700 minə yaxın məcburi köçkünün taleyi ortada qalıb. 30 ildir o köçkünlərin taleyi Azərbaycan dövlətinə əmanətdir. Onların mənzillə təminatından tutmuş bütün ehtiyacları üçün edilə biləcək maksimum işlər həyata keçirilib. Bu gün o torpaqlara köçmək üçün mütləq minalardan təmizləmə prosesi başa çatmalıdır. Bu çox da asan iş deyil, çünki ermənilər minaları bütün dağlıq ərazilərə namərdcəsinə basdırıblar. Prosesin də uzanmasının səbəbi bununla bağlıdır. Düşünürəm ki, istər müxalifət, istərsə də cəmiyyət içərisindən ədalətsiz ittihamlar irəli sürülməməlidir. Bu, bizim müharibə dövründə əldə etdiyimiz birliyi poza bilər. Buna rəvac vermək ən yanlış addımlarımızdandır”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"