Azərbaycanlılar iki aylıq həbs edildi - Rusiya mediası nə yazdı...

06 iyun, 2021 00:21

Gazeta.ru-ya danışan rus vəkil: “Qusevin silaha əl atmağa və ondan istifadə etməyə heç bir səbəb olmayıb”

19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyib öldürən Novosibirsk vilayətinin yol polisi müfəttişi Aleksandr Qusevin polis nəzarətinə buraxılması, polislərə qarşı zor tətbiq etməkdə günahlandırılaraq iki azərbaycanlı-İlkin İsmayılov və Ruslan Qurbanovun isə həbs edilmələri Rusiya mediasında da müzakirə mövzusuna çevrilib. Xatırladaq ki, Aleksandr Qusevin azadlığa buraxılaraq istintaq müddətində polis nəzarətinə verilməsinə və  hadisə yerindən olan iki nəfərin həbsinə göstərişi Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırıkin verib. Bildirilir ki, polis 19 yaşlı azərbaycanlını həbs edərkən onu “istəmədən” vurub.

Novosibirsk Mərkəzi Rayon Məhkəməsi iyunun 5-də İlkin İsmayılov və Ruslan Qurbanov barəsində iki aylıq həbs qətimkan təsbiri seçib. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318 və 319-cu maddələri - "Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə" və "Hakimiyyət nümayəndəsini təhqir etmə" maddələri ilə günahlandırılır.

Bölgə diasporasının rəhbəri Rasim Babayev qərara münasibət bildirərək deyib ki, istintaq ictimaiyyətin və İstintaq Komitəsinin rəhbəri Bastrıkinin nəzarəti altındadır. “Bu hadisəyə milli rəng verməyə ehtiyac yoxdur, cinayət var - araşdırılır və məhkəmə aparacaq”deyib. Amma Babayev sual da edib: "Polis müfəttiş bir azərbaycanlı, ya da bir gürcü və ya bir yəhudi olsaydı nə baş verərdi..?"

“Oğlumu qətlə yetirən polisin Rusiya qanunlarının tələblərinə uyğun şəkildə cəzalandırılacağına, haqq-ədalətin bərpa ediləcəyinə inanıram”.Bunu isə APA-nın Gürcüstan bürosuna açıqlamasında Vəkil Abdullayevin atası Yaqub Abdullayev deyib.

O qeyd edib ki, oğlu Rusiyada anadan olub, Rusiya vətəndaşı idi: “Mən də Rusiya vətəndaşıyam. İnanıram ki, qanunlara uyğun, obyektiv istintaq aparılacaq. Azərbaycan tərəfinin bəyanatı, Azərbaycanın Gürcüstandakı səfirinin bizi ziyarət etməsi, Azərbaycan mediasının məsələyə diqqəti məni buna inandırır. İnanıram ki, Vladimir Putinin göstərişi ilə bu işə obyektiv şəkildə baxılacaq. Mən burada doğulmuşam, əlbəttə ki, oğlumu burada dəfn etməli idim. Ona atamın adını qoymuşdum”.

Yaqub Abdullayev bildirib ki, polis oğluna məqsədyönlü şəkildə öldürücü atəş açıb.

İstintaq Komitəsinin qərarına münasibət bildirən vəkil Maksim Kalinov gazeta.ru-ya deyib ki, Qusevin silaha əl atmağa və ondan istifadə etməyə heç bir səbəb olmayıb. Çünki Vəkil Abdullayev müqavimət göstərmiş olsa belə, silahlahsız olub və polis əməkdaşlarına heç bir xəsarət yetirməyib. Erməni vəkil Karen Qasumyan isə təbii ki, azərbaycanlını öldürən polisə haqq qazandırıb. O da sayta şərhində "mənim fikrimcə, polis məmurunun odlu silahdan istifadə etmək üçün kifayət qədər əsasları olub. Çünki gənclər aqressiv davranırdılar və qanunları pozurdular" deyib.

Rusiya mediasında bu işlə bağlı ölkədə polisin təsadüfən insanları öldürməsi hadisələrini də yada salıb. Amma bu hadisələrin heç birinin bu işlə bənzərliyi yoxdur. Çünki həmin hadisələr təsadüfən açılan güllədən, silahla ehtiyatsız davranışdan baş verib. Amma Qusev azərbaycanlını heç bir səbəb olmadan öldürüb...

Yada salaq ki, iyunun 5-də Azərbaycan ictimaiyyəti Vəkil Abdullayevi qətlə yetirən yol polisi müfəttişi Aleksandr Qusevin azadlığa buraxılması ilə əlaqədar prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığına əsasən Novosibirsk vilayəti Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi, 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi ölümcül yaralamış Aleksandr Qusevin həbsdən azad edilməsi faktı Azərbaycan ictimaiyyətini dərindən hiddətləndirib:

“Polisin hərəkətlərinə gəldikdə isə Azərbaycan ictimaiyyəti hüquq-mühafizə orqanlarının Aleksandr Qusevin “qərəzli olmayan hərəkəti” kimi təqdim etməyə çalışdıqları atəş açılması üçün heç bir səbəb görmür. Əlində silah tutmuş insanlardan kim inana bilər ki, həmin silah guya polisin “həyatına təhdid yaradan” “qanun pozucusuna” özü belə reaksiya verib? Bu hökmün sübutsuz olmasının səbəbləri çoxdur. Məgər Vəkil Abdullayevin əlində tapança olubmu? Qusev tərəfindən güllələnmiş gənc məhz nə ilə təhdid edirmiş? Heç nə ilə!” Hörmətli Vladimir Vladimiroviç, biz hətta təsəvvür edə bilərik ki, buna oxşar bir hadisə bizdə, Azərbaycanda baş vermiş olsun. Amma kim bilir, əgər Qusevə və Butinaya oxşar insanlar sabah nahaq yerə günahsız insanların qanını tökməməyə çağıran əcdadlarımızın mənəvi qanununu unudaraq dözümsüzlük və ksenofobiya ideologiyasını təbliğ edən insanların sıralarını genişləndirməyə başlasalar, onda nə olacaq? Dünya onsuz da uçurum həddindədir, uçuruma yuvarlanmaq riski altındadır. Elə isə “qusevlərin”, “butinaların” və “bastrıkinlərin” əməllərini diqqətsiz qoymağa dəyərmi?

Bizim ölkəmizdə on milyondan çox insan yaşayır. Bu insanlar müxtəlif etnik, dil qruplarına və müxtəlif millətlərə mənsubdurlar. Onlar hamısı bu gün gərginlik içində diqqətlə Sizdən ədalətli qərar gözləyir. Hesab edirik ki, Abdullayevin qətli ilə bağlı bu çirkin əhvalatda əli olan insanlar ədalətli cəzalarını almalıdırlar” deyə, müraciətdə bildirilir.

Musavat.com

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"