Professor İlham Rəhimov Vəkil Abdullayevə görə general Bastrıkinlə danışdı

06 iyun, 2021 12:44

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimov Novosibirskidə qətlə yetirilmiş azərbaycanlı Vəkil Abdullayevin işi ilə bağlı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə danışıb.

Azsiyasət.com xəbər verir ki, bu barədə musavat.com-un müvafiq sorğusuna cavab olaraq, İlham Rəhimov özü məlumat verib. Onun verdiyi məlumata görə, Novosibirskdə yol polisi Aleksandr Qusev tərəfindən qətlə yetirilən Vəkil Abdullayevlə bağlı baş verənlər hər bir azərbaycanlı kimi onu da narahat edir. Buna və ölkə ictimaiyyətinin getdikcə artan narazılığına görə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə danışıb.

Qeyd edək ki, A. Bastrıkin və onun təmsil etdiyi ölkə də Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının üzvüdür.

Vəkil Abdullayevin Qusev tərəfindən qətlə yetirilmə anı

İlham Rəhimov: “Aleksandr Bastrıkinlə söhbət zamanı ilk öncə aydınlaşdırdım ki, Novosibirsk vilayəti Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi, 19 yaşlı Vəkil Abdullayevi ölümcül yaralamış Aleksandr Qusevin barəsində cinayət işi xətm olunmayıb, davam edir. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı ilə əvəz olunub. Bunun qarşılığında mən də xahiş etdim ki, əgər belədirsə, bu cinayət işi üzrə saxlanılan iki azərbaycanlının da barəsində həbs qətimkan tədbiri dəyişdirilsin, onlara da Qusevlə eyni hüquqi prosedur tətbiq olunsun. Bastrıkin mənə söylədi ki, bu işin həssaslığının fərqindədir və onunla şəxsən özü məşğul olur. Mən Azərbaycan ictimaiyyətinin narahatlığını, Rusiya prezidenti Vladimir Putinə müraciəti onun diqqətinə çatdırdım. Məlum oldu ki, bunlar barədə özünün də məlumatı var. Cinayət işinin obyektiv və ədalətli aparılacağı barədə söz verdi”.

Mərhum soydaşımız, 19 yaşlı Vəkil Abdullayev

Professor İlham Rəhimovun qənaətinə görə, Rusiya İstintaq Komitəsinin rəhbəri A. Bastrıkinlə bu telefon danışığı öz nəticəsini sabahdan etibarən verəcək: 

“Mən inanıram ki, günü sabahdan etibarən bu cinayət işində pozitiv istiqamətlər artacaq. İlk öncə, barələrində həbs qətimkan tədbiri seçilmiş iki soydaşımızın həbsdən çıxmasına nail ola bilərik. Daha sonra isə cinayət işinin ədalətli və qərəzsiz araşdırılmasının təmin olunması üçün əlimdən gələni edəcəyəm ”.

Xəbərin hazırlandığı zaman maraqlı bir gəlişmə də yaşandı. Bu dəfə A. Bastrıkin telefonla İlham Rəhimovu geri arayaraq, bəzi məsələləri dəqiqləşdirdiyini bildirib, öz əməkdaşlarına həbsdəki azərbaycanlılarla bağlı müvafiq tapşırıqlar verdiyini söyləyib, həftənin 1-ci günündən - yəni günü sabahdan etibarən bu işlə daha yaxından və bilavasitə məşğul olacağını ifadə edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"