Paşinyan Bəşər Əsədə nə təklif etdi? - VİDEO

07 iyun, 2021 00:34

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Suriya prezidenti seçilməsi münasibti ilə Bəşər Əsədə təbrik məktubu göndərib.

Azsiyasət.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məktubda ən ironik məqam Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan, öz ölkəsindəki xaosu aradan qaldırmaqda çətinlik çəkən Paşinyanın Əsədə yardım təklifi irəli sürməsi olub.

Qeyd olunub ki, Ermənistan bundan sonra da Suriyadakı böhranın aradan qaldırılması üçün səylərini davam etdirəcək.