"Şuşa azərbaycanlılar üçün həssas məsələdir" - Robert Köçəryan

07 iyun, 2021 17:20

“Ermənistan müharibədən qaçmaq üçün Dağlıq Qarabağın müstəqilliyini tanımalıdı”.

Azsiyasət.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib. O, Ermənistanın mövcud rəhbərliyinin Dağlıq Qarabağla bağlı yalnış addımlar atdığını bildirib.

“Ermənistanın mövcud hakimiyyəti ziddiyyətli açıqlamalar verərək, Şuşanı Dağlıq Qarabağın paytaxtı elan etdi. Bunu bilə-bilə elədilər, sanki danışıqlar yolu ilə bir şey əldə edəcəyinə ümid bəsləmirdilər”.

Köçəryan Şuşanın azərbaycanlılar üçün həsas məsələ olduğunu bildirib.