Trüdo Kanadada islamofobiyanı dayandırmağa çağırdı

08 iyun, 2021 10:24

Kanada Baş naziri Castin Trüdo London şəhərində (Ontario əyaləti) avtomobil sürücüsünün müsəlman ailəsini qəsdən vuraraq öldürməsi barədə yayılan xəbərlərdən sonra ölkədə islamofobiyanı dayandırmağa çağırıb.

Azsiyasət.com xəbər verir ki, bu barədə o, tvitterdə bildirib.

“Bizim cəmiyyətlərimizdən heç birində islamofobiyaya yer yoxdur. Bu alçaq və xain nifrəti dayandırmaq lazımdır”,- Trüdo yazıb.  

O, həmçinin bu xəbərdən “dəhşətə gəldiyini” bildirib və bütün Kanada müsəlmanlarına həmrəylik nümayiş etdirib.

Daha əvvəl Kanadada bir müsəlman ailədən dörd nəfər maşınla əzilərək öldürülüb.