Fransa Prezidentinə küçənin ortasında şillə vurdular - VİDEO

08 iyun, 2021 19:43

Fransa Prezidenti Emmanuel Makron Valans şəhərinə səfəri zamanı şillələnib.

Azsiyasət.com xəbər verir ki, o, vətandaşlarla görüşərkən yerli sakinlərdən biri onun üzünə şillə vurub. 

Makronun şillə aldığı anın görüntüləri sosial şəbəkələrdə yayılıb. Bu video dünya mediasında böyük rezonans yaradıb.