"Oğlumu Azərbaycandakı əsirlərlə dəyişdirməyə hazıram" - Paşinyan
08 iyun, 2021 19:50
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbyacanda əsirlikdə olan erməni diversantların əvəzinə oğlu Aşotu Azərbaycan Prezidenti İlham Əliyevə təhvil verməyə hazır olduğunu bəyan edib.
Azsiyasət.com xəbər verir ki, bəyanat keçmiş prezidentlər Serj Sarkiyan və Robert Koçaryanın qınağına cavab olaraq verilib.
“Mən Əliyevlə rəsmi olaraq danışıram. Azərbaycanda əsirlikdə olan erməni diversantların əvəzinə oğlum Aşotu təklif edirəm”, - deyə Nikol Paşinyan bildirib.