Bayden və Putin görüşünü nə qədər jurnalist işıqlandıracaq?

08 iyun, 2021 22:01

ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalist akkreditasiya olunub.

Azsiyasət.com xəbər verir ki, bu barədə İsveçrənin BMT-nin mənzil-qərargahındakı nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, 500-600 jurnalist artıq artıq akkreditasiya olunub və yeni müraciətlərə baxılır.

Məlumata görə, jurnalistlərin qeydiyyatı iyunun 11-i Bakı vaxtı ilə saat 12:00-dək davam edəcək.

Xatırladaq ki, Ağ ev və Kreml zirvə toplantısının iyunun 16-da Cenevrədə keçiriləcəyini təsdiqləyib.