Vaşinqton Azərbaycan və Ermənistanı sərhədi SSRİ xəritələri əsasında çəkməyə çağırdı

09 iyun, 2021 09:32

ABŞ dövlət katibinin köməkçisi səlahiyyətlərini icra edən Filip Riker ötən gün Azərbaycana səfərinin yekunlarına və Prezident İlham Əliyevlə danışıqlara dair Bakıda mətbuat konfransı keçirib.

Azsiyasət.com turan.az-a istinadən bildirir ki, jurnalistlərlə görüşdə F. Riker Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarda ABŞ üçün Azərbaycan ilə əməkdaşlıqda prioritet əhəmiyyət kəsb edən məsələlər üzrə danışıqlar aparıldığını söyləyib: enerji və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin regionda təhlükəsizlik.

Fürsətdən istifadə edərək Dövlət Departamentinin nümayəndəsi öz hökuməti adından ABŞ-ın Azərbaycanla əməkdaşlığının səviyyəsini bir daha vurğulayıb: “Vaşinqton Azərbaycanı strateji tərəfdaşı hesab edir”.

O, Azərbaycandan Avropaya qazın çatdırılmasını və bu qitənin enerji təhlükəsizliyini təmin edən TAP qaz dəhlizinin tikintisinin yekunlaşdırıldığını qeyd edib.

“ABŞ Ermənistanla Azərbaycan arasında sərhəddin demarkasiyasına necə kömək edə bilər” sualının cavabında Riker deyib ki, sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir. Bu həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır.

Filipp Riker bir daha Dövlət katibi Blinken və Prezident Baydenin Vaşinqtonun Ermənistanla Azərbaycan arasında münaqişənin həlli axtarışında Rusiya və Fransa ilə birgə iştirak etmək niyyətində olduğunu bəyan edib.

Bununla yanaşı, diplomat Türkiyənin ABŞ-ın yaxın müttəfiqi olduğunu və iki ölkənin əməkdaşlıq məsələlərinin Bayden və Ərdoğanın qarşıdakı görüşünün diqqət mərkəzində olacağını xüsusi vurğulayıb: “Bizim aramızda fikir ayrılığı var, ancaq biz onları diplomatik yollarla həll edirik”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"