"Hörmətli Rəisi, "azəri" sözünü işlədərkən diqqətli olun, bizdə azəricə deyil, türkcə danışanlar var..." - Prezidentliyə namizədlərin debatı

09 iyun, 2021 13:12

İranda iyunun 18-də keçiriləcək prezident seçkiləri ərəfəsində dövlət televiziyası namizədlərin debatını təşkil etməyə başlayıb.

Azsiyasət.com virtualaz.org-a istiandla xəbər verir ki, debatda mühafizəkarlardan prezidentliyə namizəd İbrahim Rəisi ilə milliyətcə azərbaycanlı olan islahatçı namizəd Möhsün Mehrəlizadə arasında İranda yaşayan azərbaycanlılar barədə polemika olub. Sosial və mədəniyyət sahəsində mövzuların müzakirə olunduğu debatda İbrahim Rəisi İran azərbaycanlılarının ona göstərdiyi “sevgi və ehitarama görə” təşəkkürlərini çatdırıb. Deyib ki, ilk debatdan sonra fərqli əyalətlərdən azərbaycanlılar onunla əlaqə saxlayıb və onların hüquqlarını müdafiə edəcəyinə dair vədlərinə görə təşəkkür çatdırıb.

İbrahim Rəisi

“Mənə sevgi və ehtiramlarını nümayiş etdirən azərilərə səmiyyət və kəramətlərinə görə təşəkkür edirəm”,-Rəisi deyib.

O, sosial ədalətin əhəmiyyətini vurğulayaraq deyib ki, qəbul edilən ədalətsiz və yanlış qərarlar cəmiyyət arasında sinifləşməyə, qütbləşməyə səbəb olub. “Hüquq və qanun ədalətə bağlı olmalıdır. Əgər ölkədə bütün enerjimizi ədalətin təşəkkül tapmasına sərf etsək cəmiyyətdə təbəqələşmə aradan qalxar”,-o bildirib.

Möhsün Mehrəlizadə

İbrahim Rəisinin ardınca söz alan Mehrəlizədə çıxışında onun “azəri” sözünü işlətməsinə etiraz edib. “Hörmətli Rəisi, azərbaycanca danışanların onunla əlaqə saxlayaraq təşəkkür və sevgilərini çatdırdıqlarını deyirsiz. Mən Rəisinin “azəri” sözünə düzəliş vermək istəyirəm. Çünki ölkəmizdə azəricə danışanlar deyil, Qərbi və Şərqi Azərbaycandan Həmədan, Zəncan, İsfahan, Ərdəbil, Xorasan və Huzistana qədər İranın hər tərəfində türkcə danışanlar var. Hörmətli Rəisi “azəri” sözünü işlədərkən daha diqqətli olmalıdır”,-prezidentliyə namizəd rəqibinə bildirib.

Mehrəlizədə İranın ABŞ-la nüvə anlaşmasına geri dönməli olduğunu da deyib. Bildirib ki, İran xalqının müqaviməti ABŞ-ın planlarını pozub. Prezidentliyə namizəd seçiləcəyi halda İranda koronavirusa qarşı daha effektiv mübarizə aparacağını, 3 ayın içərisində bütün xalqın peyvənd  olunacağını deyib. “Bu gün hər koronavirus vaksini 10 dollardır. Əgər Səhiyyə Nazirliyi bu mafiya oyunlarını bir kənara ataraq özəl sektorun da vaksin gətirməsinə icazə versəydi xalq indi peyvəndlənmiş olardı”,-Mehrəlizadə bildirib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"