"Rusiya Köçəryanı hakimiyyətə gətirəcək" - MÜSAHİBƏ

09 iyun, 2021 14:58

Azsiyasət.com politoloq Zərdüşt Əlizadənin yenisabah.az-a müsahibəsini təqdim edir: 

- Zərdüşt bəy, Ermənistanda keçiriləcək parlament seçkilərini Rusiya ilə Qərbin mübarizəsi kimi xarakterizə etmək olarmı?

- Təbii ki, bu, onsuz da belədir. Paşinyan Qərbi müdafiə edir, Köçəryan isə Rusiyanı və əsas mübarizə onların arasında gedir.

- Hakimiyyət dəyişəcəyi təqdirdə qarşı tərəf üçtərəfli sazişdən imtina edə bilərmi?

- Qarşı tərəf üçtərəfli sazişdən imtina edə bilməz, çünki həmin bəyanatda Putinin imzası var. Ermənistanda elə bir şəxs, siyasətçi yoxdur ki, Putinin imzaladığı sənəddən imtina eləsin.

- Sizcə, seçkinin nəticəsinin Azərbaycana təsiri necə olacaq?

- Ermənistanın imkanları çox məhduddur və hər şey Rusiyadan asılıdır. Rusiya necə desə, onlar elə hərəkət edəcəklər, yəni Putinin dediklərini yerinə yetirəcəklər. Ermənistan rəhbərliyində istər Nikol, istərsə də Robert olsun, bu, dəyişməyəcək. Çünki başqa çıxış yolları yoxdur.

- Nəticənin Azərbaycana təsirinin çox da fərqli olmayacağını deyə bilərik.

- Bəli. Əlbəttə ki, Paşinyan qalib olsa, daha qətiyyətli bir şəkildə Ermənistanı Qərbə tərəf yönəldəcək. Bu, bizim üçün də yaxşı olardı. Amma indi hər şey Rusiyadan asılıdır və bütün kartlar ondadır. Çox böyük ehtimalla Köçəryanı hakimiyyətə gətirəcəklər.

- Yəni hazırkı göstəricilərə baxmayaraq, seçkilərdə favorit Robert Köçəryandır.

- Bəli. Əgər ona Rusiya dəstək verirsə, bu, belə olacaq. Bölgənin ağası Rusiyadır. Həm Azərbaycana, həm Ermənistana güclü təsir imkanları var və bu baxımdan Köçəryanın şansı yüksəkdir. Hərçənd ki seçki müsabiqəsindən əvvəl onu dəstəkləyənlər üç faiz idi, indi 20 faizi keçib. Hər halda danılmaz fakt odur ki, Qarabağın 75 faizi Azərbaycandadır və əgər ağıllı siyasət yürütsək, qalan 25 faizi də qaytaracağıq.

- Ermənistanda seçki ehtiraslarının qızışması fonunda sərhəddə gərginliyin artması gözlənilirmi?

- Sərhəddəki gərginlik Ermənistandakı daxili gərginliyin artmasına xidmət edir və Paşinyanın mövqelərinə ağır zərbədir. Son nəticədə Ermənistanda nə baş verir versin, onun Azərbaycana bir o qədər də təsiri yoxdur. Hətta sarsıntıları nə qədər dərin olsa, Azərbaycana xeyirdir.

- Təmas xəttində təxribatların baş vermə səbəbi olaraq Nikol Paşinyanın Ermənistan ordusuna tam nəzarət edə bilməməsi göstərilir. Siz necə düşünürsünüz?

- Ona görə deyil. Doğrudur, həqiqətən də, Paşinyan Ermənistan ordusuna tam nəzarət edə bilmir, çünki Ermənistan ordusuna Rusiya nəzarət edir. Amma ümumilikdə sərhəddəki bu gərginliklər bir mərkəzdən-Rusiyadan idarə olunur və Paşinyanın mövqelərinin zəiflədilməsinə yönəlir.

- Zərdüşt bəy, Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanılmalı olduğu barədə də fikirlər səslənir. Bu təklifi necə qiymətləndirirsiniz?

- Bunlar mənasız fikir və ehtimallardır. O şey ki mümkün deyil, iddia etməyə ehiyac qalmır. Bunu onunla müqayisə edə bilərik ki, azərbaycanlı kosmonavt Aya uçacaq. Hərçənd ki, bizim Aya uçmaq imkanımız yoxdur. Laçın koridoru Rusiyanın nəzarətindədir. Azərbaycan heç cür Laçın koridorunu nəzarətə götürə bilməz. Çünki bunun tərcüməsi odur ki, biz Rusiya ilə münaqişəyə gedirik. Bizə bu münaqişə lazımdırmı? Ağlı başında olan adam dəfələrlə güclü dövlətlə münaqişəyə gedərmi? Ona görə də bunlar mənasız, populistlərin apardığı çiy söhbətlərdir.

- Danışıqları, həmçinin son vaxtlar artan erməni təxribatlarını, ümumiyyətlə, iki dövlət arasında baş verən hadisələri nəzərə alsaq, Zəngəzur dəhlizini açmağın nə vaxt mümkün olacağını düşünürsünüz?

- Zəngəzur dəhlizinin açılması söhbəti yalnız dəmir yolu Horadizdən Mincivana çəkiləndən sonra başlaya bilər. Yəni iki il yarım vaxtımız var. Digər tərəfdən bu müddət ərzində Zəngəzur yolunun hüquqi cəhətləri nəzərə alınacaq. Bu yolun 40 kilometrlik hissəsi Rusiya ilə Ermənistan arasında razılaşdırılacaq, bölgəyə Rusiyanın nəzarətində status veriləcək və Azərbaycan qatarları o yoldan keçib gedəcək. Burada bizlik heç nə yoxdur. Bizə yalnız Nikolu sarsıtmaq üçün məsələni aktuallaşdırmaq qalıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"