Yeni təhlükə: ortaya Delta təhdidi çıxıb - "The Washington Post"

09 iyun, 2021 15:39

Koronavirus pandemiyasının “Delta” adlı yeni problemi var. “The Washington Post” qəzetinin redaksiya məqaləsi belə adlanır.

Dünya Səhiyyə Təşkilatı mayın 31-də koronavirusun ştammlarına yeni adlar düzəldib. Britaniyada aşkarlanan ştamm “alfa”, Hindistanda tapılan isə “delta” adlanıb. “Delta”nın hazırda Birləşmiş Ştatlar daxil olmaqla 60-dan çox ölkədə yayıldığı bildirilir. Onun da digər variantları ki, virusun orijinal formasından daha təhlükəli, vaksinlərə daha davamlı ola biləcəyi vurğulanır.

Qəzet yazır ki, “Delta” pandemiyanın belə tezliklə bitməyəcəyinə dair daha bir xəbərdarlıqdır. Doğrudur, vaksinlər, gücləndirici dozalar bəşəriyyəti xəstəliyin ağırlaşmasından, ölümdən qoruya bilər. Amma Birləşmiş Ştatlarda, digər yerlərdə də hələ peyvənd olunmamış, əhalinin həssas təbəqələri var. “Delta təhdidi vaksinə şübhə edənləri yenidən düşünməyə vadar etməlidir”, – məqalədə deyilir.

Artıq deltanın Britaniyada yayılmağa başladığı, onun “alfa”dan daha yoluxucu ola biləcəyi deyilir. Üstəlik, İngiltərə və Şotlandiyadan gələn xəbərlərə görə, vaksinlər deltaya qarşı daha az effektlidir. Birinci doza 15-20 faiz az effektlidir, iki doza isə birlikdə daha yaxşı effekt göstərə bilər.

“Foreign Affairs” dərgisində çıxmış məqalədə də COVID-19 pandemiyasının yoxa çıxmayacağından söz açılır. “SARS-CoV-2-nin kökü kəsilə bilməz, çünki artıq on ikidən çox müxtəlif heyvan növündə yayılmaqdadır. İnsan arasında qlobal kütləvi immunitetə çatmaq mümkün deyil.... Təhlükəli ştammların peyda olması davam edənədək dünyada yetərincə insanda immunitet yaranmayacaq... Belə supervariantlar dünyanı geriyə, 2020-ci ilə qaytara bilər”, – məqalədə deyilir.

Məqalədə deyilir ki, pandemiyaya yalnız pul və resurslarla qalib gəlmək olmaz. Məsələ həm də ideya və strategiyadadır. 1854-cü ildə Con Snou Londonda xolera epidemiyasının kökünü infeksiya mənbəyi olan quyunu aşkarlamaqla dayandırdı. O, yerli icma liderlərini inandırdı ki, suçəkənin dəstəyini dəyişsinlər və… pandemiya kəsildi.

“İndiki pandemiyaya gəlincə, epidemiologiyanın dünyanı nisbətən normal vəziyyətə qaytarması üçün alətləri var… Əsas məsələ vaksinlərə daşınan resurs kimi baxmaq, onları ən çox ehtiyac olan yerlərə, yoluxmanın yüksək olduğu yerlərə göndərməkdir”, – müəlliflər yazır və vaksin ehtiyatı bol olan Birləşmiş Ştatların bu cəhdə rəhbərlik edə biləcəyini vurğulayır. Digər xilas yolları yoluxma ocaqlarını müəyyənləşdirərək qarşısını almaq, adamlara mümkün yoluxma haqda xəbərdarlıq etməkdir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"