"Küçə söyüşləri səviyyəsində təhqirlər baş alıb gedir" - Sabiq Spiker

10 iyun, 2021 10:05

“Azərbaycan hələki, keçmiş Sovet respublikaları arasında işğal edilmiş torpaqlarını azad edən yeganə ölkədir. Əlbəttə bu 44 günlük vətən müharibəsi Azərbaycanın tarixinə qızıl həriflərlə yazılacaq”.

Azsiyasət.com xəbər verir ki, bunu Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyeev deyib. O, bildirib ki, heç kim o cümlədən özün də 2020-ci ilin axırına qədər bu torpaqların azad ediləcəyinə inanmırdı. 

“Azərbaycanın az itgi ilə belə ildırım sürətli müharibəsi həm beynəlxalq aləmdə, həmdə keçmiş sovet məkanında, o cümlədən Ermənistanda şok situsiyası yaratdı. 

Ən əsası problemlərin olmasını istəməyən qərb ölkələri hadisələrin belə nəticələnməsindən çox məmnun oldular. Əslində Azərbaycanı dəstəkləyirlər. Təəssüf ki, işğal olunmuş ərazilərdən həmişə hökümətin əleyhinə istifadə edən bəzi müxalifəçilər də Ermənistan səviyyədə şoka düşdülər, ancaq köhnə xasiyyətlərindən əl çəkə bilmədilər. 

İndi müharibə bitdi. Ancaq Azərbaycanın qarşısında daha mürəkkəb, daha əzəmətli vəzifələr dayanıb. Bu problemli məsələlər həllini gözləyir. Ən əsas məsələ Ermənistanla bütün sahələri - sərhəddən tutmuş bir daha müharibə etməməyi əhatə edən müqavilənin bağlanmasıdır. Bu müqavilənin içərisində Azərbaycan -Naxçıvan- İrəvan dəmir və asfalt yolu razılaşması da olmalıdır. Həmçinin bu yollar Türkiyə asfalt və dəmir yolları transport əlaqələri ilə birləşməlidir. Həmçinin rus sülhməramlı qüvvələrinin regiondan çıxması məsələsi də razılaşdırılmalıdır. Azərbaycanın prezidenti DQ-da yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına heç bir əlavə statusun verilməyəcəyini bir neçə dəfə elan edib. Ermənistan Azərbaycanla dostluq əlaqələri yaratmaq istəyirsə (bu onlara hava və su kimi lazımdır) bunu qəbul etməlidirlər. 

Qarabağda yaşamış ermənilər fərdi şəkildə Azərbaycanın müvafiq orqanlarına müraciət edib vətəndaşlıqlarını təsdiqləyən sənədlər almalıdır. İndi Ermənistanda parlament seçkilərini udmaq uğrunda mübarizə gedir. Keçmiş prezidenlər Koçaryan, Sərkisyan və baş nazir Paşinyan arasında kreslo uğrunda küçə söyüşləri səviyyəsində təhqirlər baş alıb gedir. Hakimiyyətə istənilən variantda Azərbaycan və Türkiyəni özünə düşmən hesab edən erməni gələcək. Rəy sorğusu bu adamın Paşinyan və ya Koçaryan olacağını göstərir. Bu məsəlini analiz etmək istəyənlərin “ikisi də bir bezin qırağıdır” teoriyası düzgün deyil və zərərlidir. Bu insanlar fərqlidir. 

Koçaryan Moskvanın adamıdır, həm həbsxanadan azad edilməsi, həm seçki kampaniyasının finanslaşdırılması Putin tərəfindən həyata keçirilir və o Koçaryanı dəstəklədiyini açıq aşkar ermənilərə çatdırmaq istəyir. Koçaryan özünü Rusiyanın bir əyalətinin qubernatoru kimi aparacaq. Paşinyan isə Rusiyanın əsarətindən canını qurtarmaq istəyir. Zəngəzur dəhlizinin açılması, sərhədlər barədə müqavilənin bağlanması, Qarabağ ermənilərin statusu barədə bütün məsələlər İrəvanda yox Moskvada həll olunacaqdır. Bir sözlə Azərbaycan Moskvadan asılı vəziyyətə düşəcək. Türkiyə ilə münasibətə də Moskva müdaxilə edəcək. Paşinyanla isə dil tapmaq mümkündür. Bu insanların ikisi də eyni bezin qırağı deyildir.

Erməni xalqı Azərbaycanla düşmənçilik etməkdən yorulub və buna son qoymaq istəyir. Ermənilərin əksəriyyəti azı 70 faizi türklərlə düşmənçilik etmək istəmir. Koçaryan kimi yaramaz hakimiyyətə gəlsə, bu məsələləri ermənilər yox Moskva həll edəcək”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"