Qarabağ erməniləri Yerevandan narazıdır: Rusiyaya köç başladı

10 iyun, 2021 14:09

Azərbaycanın Vətən Müharibəsindəki zəfəri ermənilər arasında dərin ruh düşkünlüyü və kütləvi psixoz yaradıb.

Azsiyasət.com modern.az-a istinadla xəbər verir ki, xüsusən, Ermənistan hakimiyyətinə qəzəbli olan Qarabağ ermənilərində bu hallar daha geniş yayılıb.

Onlar rəsmi Yerevanın və bölgədəki separatçı rejimin sadə insanları 30 il yalan vədlərlə aldatdığını, beynini yuduğunu yaxşı anlayır. Məhz bu səbəbdən 2021-ci ilin ilk aylarından bəri Qarabağdan, xüsusən, Azərbaycanın nəzarətinə keçən Hadrut qəsəbəsi, Xocavəndin kəndləri və Tərtərin Talış-Suqovuşan ərazisində yaşayan ermənilər kütləvi şəkildə Rusiyaya köçür.

Ermənilərin Qarabağdan Rusiyaya kütləvi köçünü stimullaşdıran əsas amillər Moskvanın onlar üçün güzəştli vətəndaşlıq şərtləri təklif etməsi və müharibədən sonra Ermənistan hakimiyyətininin, yerli terroçu rejim rəhbərlərinin sakinlərin qayğılarına, sosial təminatına biganəliyi ilə bağlıdır.

Birinci amildən danışanda Rusiya əhalisinin təkcə 2020-ci ildə 500 min, 2021-ci ci ilin yanvar-aprel aylarında isə daha 304 min nəfər azaldığını xatırlamaq lazımdır. Düzdür, Ermənistanda və Qarabağda yaşayan bütün əhalinin sayı belə Moskvanın miqrantlara olan ehtiyacını minimal səviyyədə təmin edə bilməz. Bununla belə, Moskva Ermənistana qəzəbli olan, özlərini aldadılmış hesab edən Qarabağ ermənilərini daimi yaşayış üçün cəlb etməkdə məqsədlidir. Buna görə də, onların ölkəyə gəlməsi, qeydiyyata alınması, işçi əllərin çatışmadığı federal bölgələrə göndərilməsi və asanlaşdırılmış qaydaya Rusiya pasporu almasında maraqlıdır.

Moskva hələ 2020-ci ilin noyabrında, Ermənistanın kapitulyasiya etməsindən sonra Qarabağ ermənilərinə Rusiya pasportunun veriləcəyi ilə bağlı məlumatı dövriyyəyə buraxdı. Amma bu informasiya “vbros”u Azərbaycanın kəskin etirazından sonra qısa müddətdə unuduldu.

Hadrut qəsəbəsinin keçmiş "meri" Vaan Savadyan da jurnalistlərə açıqlamasında Qarabağda müşahidə olunan tendensiyanı təsdiq edib.

“Qarabağa qayıtmaq istəyən hadrutlular var, amma mənzillər yoxdu, yaxud çox bahadır. Onların yalnız 40%-i Qarabağdadır. Son bir neçə aylarda Hadrut ermənilərinin 10%-dən çoxu Rusiya Federasiyasına köçüb. Ev təminatı və sosial dəstəyin hazırkı səviyyədə olacağı təqdirdə sakinlərin Qarabağa dönmə ehtimalı get-gedə zəifləyəcək”.

Köç əhval-ruhiyyəsi Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə, o cümlədən Xankəndi, Ağdərə, Əsgəran və Xocavənd sakinlərində də müşayəit olunur.

44 günlük müharibəyə qədər rəsmi 150, faktiki isə 100 min insanın yaşadığı Dağlıq Qarabağda hazırda 40-50 min arasında sakin yaşayır. Qarabağı tərk edən ermənilərin bir hissəsi Ermənistana, qalan hissəsi isə Rusiyaya köçüb. Köç tendensiyasının qarşıdakı aylarda da davam etməsi gözlənilir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"