ABŞ-ın Azərbaycana hərbi yardımı - erməni lobbisinin "qiyamı"

11 iyun, 2021 09:41

Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı komitə sədri, ermənipərəst Robert Menendez Bayden administrasiyasının Azərbaycana hərbi yardım göstərməsinə qarşı çıxıb;

Natiq Cəfərli: “Maneçilik törətməyə çalışacaqlar, amma düşünmürəm ki...”

Erməni lobbisi etiraz edir ki, ABŞ Azərbaycana hərbi yardım ayırmasın. Bu yardımdan möhkəm narahat olan ermənilər məsələni Senatda müzakirəyə çıxarıblar. “Yeni Müsavat”ın xəbərinə görə, ABŞ dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı etirazla qarşılaşıb.

Blinkenin sözlərinə görə, ABŞ Azərbaycana hərbi yardımın göstərilməsinin məqsədəuyğun olub-olmadığını müzakirə etməyə davam edəcək. Dinləmələr zamanı komitə sədri, ermənipərəst və anti-Türkiyə mövqeyi ilə tanınan Robert Menendez  Bayden administrasiyasının Azərbaycana hərbi yardım göstərməyə davam etmək qərarından məyus olduğunu dilə gətirib. Buna cavabında Blinken qərarın mümkünlüyünü nəzərdən keçirməyə davam edəcəklərini bildirib.

Erməni lobbisi niyə ABŞ-Azərbaycan əlaqələrinin inkişafından, hərbi yardımla bağlı yeni administrasiyanın qərarlı olmasından belə narahatdır? Senat və Konqresdəki ermənipərəst qüvvələr bu yardıma və əməkdaşlığa nə qədər maneə yarada bilərlər? Ümumiyyətlə, hərbi yardım nələri nəzərdə tutur?

2002-ci ildən  bu yardım 411,6 milyon ABŞ dolları təşkil edir. Bu vəsait təhlükəsizlik sahəsinə aid 20-dən artıq layihələr vasitəsilə bölüşdürülüb. Bu layihələr içərisində “xarici ölkələrin hərbi maliyyələşməsi” layihəsi mövcuddur. Layihənin həcmi 51 milyon ABŞ dollarıdır. Layihəyə əsasən, ABŞ istehsalı hərbi əmlak siyahısına daxil edilib, hərbi istehsalın və xidmətlərin əldə edilməsinə ayrılan kredit və ya qrantdan ibarətdir.

Digər bir layihə silahların yayılmaması, terrorçuluğa qarşı, minadan təmizləmə və bunlarla bağlı fəaliyyətlərin həyata keçirilməsi üçün ABŞ-ın ayırdığı 37 milyon dollar həcmindəki yardımdan ibarətdir. 2002-ci ildən başlayaraq, hər bir büdcə ilində Azərbaycan cəmi 13 milyon dollar təşkil edən yardım alıb. 2002-ci ildən indiyədək Ermənistana ayrılan hərbi yardımlar həmin layihələr çərçivəsində iki dəfə daha az olmaqla təqribən 196 milyon dollar təşkil edib. Bəs erməni lobbisinin, onun Senatda və Konqresdə olan adamlarının etirazları Bayden administrasiyasının qərarına təsir edə bilərmi?

Natiq Cəfərli

Sualımızı cavablandıran REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a dedi ki, erməni lobbisinin niyyəti aydındır. Onun fikrincə, ermənilər Azərbaycanın müasir silahlara çıxış imkanlarının olmamasında maraqlıdırlar: 

“Ümumiyyətlə, Azərbaycanın Qərb və ABŞ-la münasibətlərində problem yaranmasını istəyirlər. Ona görə erməni lobbisinin atdığı addımların məntiqi aydındır. Ancaq Azərbaycanın tərəfdaşları, öz lobbi fəaliyyəti var. Digər tərəfdən də, ABŞ-ın bölgə ilə bağlı maraqları mövcuddur”.

N.Cəfərlinin sözlərinə görə, Amerikanın regionda Rusiyanın artan təsirlərini azaltmaq maraqları var: “Bu mənada Azərbaycanla əməkdaşlığı sıx şəkildə davam etdirmək istəyirlər. Müxtəlif konqresmenlər, senatorlar hərbi yardımların ayrılmasına maneçilik törətməyə çalışacaqlar, amma düşünmürəm ki, həlledici rol oynasın. Çünki Azərbaycanın tərəfdaşları var, İsraillə sıx əməkdaşlıq edirik və yəhudi lobbisinin Amerikada təsirlərinin olduğunu yaxşı bilirik. Ən əsası, Amerikanın Cənubi Qafqazda Rusiyanın təsirlərinin qarşısını alması Azərbaycanla sıx əməkdaşlıq etmədən mümkün olmayacaq”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"