Bakı restoranlarında gecə saat 12-dən sonra "işə başlayan" virus - Bu qadağanın tam ləğvinin vaxtı deyil?

11 iyun, 2021 22:24

Azərbaycan koronavirusa görə karantin rejimini xeyli yumşaldan ölkələrdən biridir. Əhalinin peyvəndlənməsi kampaniyasının xeyli uğurla davam etməsini, yoluxma sayının kəskin azalmasını nəzərə alaraq hökumət bir sıra sərt məhdudiyyətləri, o cümlədən açıq havada maskasız gəzmək qadağasını ləğv etdi. İyunun 10-dan etibarən isə iri ticarət mərkəzləri də daxil olmaqla uzun müddətdir bağlı qalan bir sıra məkanlar, iş yerləri açıldı. (Qeyd edək ki, karantin rejimindən ən çox ziyan çəkən sektorlardan biri də məhz iaşə sektoru olub). 

Lakin xüsusi karantin rejimi hələ davam edir və bu rejim çərçivəsində bir sıra qadağalar, yumşaldılmış da olsa, hələ qüvvədə qalır. O cümlədən ictimai iaşə müəssisələrinin məhdud iş rejimində çalışması barədə Operativ Qərargahın tətbiq etdiyi qayda ləğv edilməyib. Mayın 25-nə qədər restoran, kafe və digər iaşə müəssisələri öz müştərilərinə axşam saat 9.00-a qədər yerində xidmət göstərə bilirdilər, daha sonra isə müəssisələr bağlanmalıydı.

Mayın 25-dən bu məhdudiyyət bir qədər yumşaldılıb-kafe və restoranlar müştərilərinə axşam saat 12.00-yə qədər yerində xidmət göstərə bilirlər. Amma gecə saat 12-ni keçəndən sonra onların işləməsi karantin rejiminin pozulması deməkdir və iri məbləğlərdə cərimə cəzaları ilə üzləşə bilərlər.

Bu məhdudiyyətin virusun yayılmasının qarşısının alınmasında nə dərəcədə effektiv olduğuna dair hər hansı sübut-dəlil, əlbətdə ki, mövcud deyil. Çünki koronavirus ancaq gecələr dolaşan xəyalət deyil, elə virusdur ki, gecə-gündüz demədən öz qurbanlarını istənilən yerdə yaxalaya bilər. O cümlədən restoranlarda gecə saat 12-yə qədər müştəriləri yoluxdurar. Yəni COVİD-19 konkret iş və istirahət saatları olan virus deyil, bu baxımdan Azərbaycan və digər ölkələrin iş yerlərinə qarşı tətbiq etdiyi saat məhdudiyyətinin ümumi epidemik vəziyyətə hansı  birbaşa təsirinin olduğu da bəlli deyil.

Azərbaycanda isə il yarımlıq fasilədən sonra karantin rejiminin kəskin yumşalması bir sıra beynəlxalq idman yarışlarının da başlaması ilə bir vaxta təsadüf edib. Bakı artıq “Formula-1” yarışlarının növbəti Qran-pri mərhələsini arxada qoyub, bu yarış tamaşaçılarsız da olsa, keçirilib. İndi isə Futbol üzrə Avropa Çempionatı başlayır  və bu çempionatın bir neçə oyununa Bakı ev sahibliyi edəcək. Paralel olaraq Azərbaycan bir sıra qonşu ölkələrlə hava yolu ilə sərnişin daşımalarını bərpa edib, covid-pasportu olan əcnəbilərin ölkəyə gəlişinə icazə verilib və s. Yəni Bakıda yenidən xarici turistləri (o cümlədən futbol azarkeşləri qismində) görmək mümkün olacaq. Elədirsə iaşə müəssisələrinin fəaliyyətinə qoyulan məhdudiyyəti də aradan qaldırmaq lazım gəlmirmi? Axı futbol yarışlarını izləməyə gələnlər üçün ənənəvi istirahət məkanları məhz kafe və restoranlar, pivə barları kimi yerlər olur.

Virtualaz.org bu məsələni Nazirlər Kabinetinin  sözçüsü İbrahim Məmmədova xatırladıb, ondan iaşə müəssisələrinin fəaliyyətinə qoyulan vaxt məhdudiyyətinin aradan qaldırılması ilə bağlı hansı müzakirələrin aparıldığı haqda soruşub.

İ.Məmmədov xatırladıb ki,  Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarı ilə hazırda kafe, restoran və barlarda iş saatı səhər saat 6-dan axşam saat 12-yədəkdir. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri  İbrahim Məmmədov bildirib ki, hələlik bar və restoranların iş saatı ilə digər  bağlı qərar və ya rəsmi açıqlama yoxdur.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən isə deyiblər ki, onlara ictimai iaşə mərkəzlərinin iş saatlarının uzadılması üçün indiyədək hər hansısa bir göstəriş verilməyib. Bununla belə oyunlar ərəfəsində ölkəyə gələnlərin rahatlığı üçün iş saatının uzadılması mümkün ola bilər. Amma yaxın günlərdə bu barədə hansısa qərarın olacağı məlum deyil, çünki məsələ təkcə Bakı şəhər İcra Hakimiyyətindən asılı deyil. Yəni Operativ Qərargah bu və ya digər məhdudiyyətin yumşaldılmasını müzakirə edən, qərara bağlayan instansiyadır.

Beləliklə, əcnəbi futbol azarkeşləri gərək Bakı restoran və kafelərinə baş çəkəndə nəzərə alsınlar ki, gecə saat 12-dən sonra onları “xəyalət-virus” haqlamasın deyə vaxtında bu məkanları tərk etmək lazım gələcək...

Virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"