Şuşanın təhlükə gözlənilən kəndləri hansılardır?  - Keçmiş polis rəisi cavab verir...

12 iyun, 2021 22:45

“1989-cu il noyabrın 3-də Şuşa rayonu milis şöbəsinin şəxsi heyəti və sovet ordusu hərbçilərinin birgə iştirakıyla rayonun 5 kəndində(Qaladərəsi, Kirov, Yeğsaoğ(1991-ci ildən Salatınkənd-S.L.), Onverst və Daşaltı) pasport rejiminin yoxlanılması adı altında gizli əməliyyat-axtarış tədbirləri hazırladıq. Səhər tezdən ala toranlıqda gözlənilmədən həmin kəndləri mühasirəyə aldıq”. 

Azsiyasət.com moderator.az-a istinadla xəbər verir ki, bunu 44 günlük müzəffər savaşımızdan sonra yalnız Şuşa şəhəri və Daşaltı kəndi rəsmən Azərbaycan dövlətinin nəzarətinə keçən Şuşa rayonunun  əsasən XX əsrin əvvəllərindən bəri ermənilərin  yaşamış olduğu hansı kəndlərinin hazırda da təhlükə mənbəyi ola bilməsindən danışan  1989-1991-ci illərdə Şuşa rayonu polis rəisi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti  Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış istefada olan polis polkovniki Sadir Məmmədov söyləyib.

Keçmiş polis rəisi erməni terrorçularına qarşı o dövrdə keçirilmiş əməliyyatlardan biri haqda bir az ətraflı danışıb:  

“Yadımdadır ki, əsas gücü Böyük Qaladərəsi və Kirov(hazırda Kiçik Qaladərəsi) ətrafına toplamışdıq. Çünki erməni yaraqlıları əsasən orada cəmlənirdi. Onlar adətən vertolyotla Ermənistanın Qafan şəhərindən Qaladərəsinə uçub gəlir, silah-sursat, ərzaq gətirir, oradan isə digər kəndlərə sızırdılar. Əməliyyat nəticəsində Böyük Qaladərəsinin yanında yerə enən vertolyotu ələ keçirdik. Məlum oldu ki, vertolyotda 4 pilot və 24 yaraqlı var. Sonra həbs edilmiş erməni terrorçularının hamısını istintaq üçün Şuşa türməsinə yığdıq.  Bundan xəbər tutan Dağlıq Qarabağ üzrə Xüsusi İdarənin rəisi Arkadi Volski və Dağlıq Qarabağ Daxili İşlər İdarəsinin rəisi Robert Tumanyants, hətta məni öncədən tanıyan SSRİ Daxili İşlər naziri Barannikov mənə zəng edib məhbusların Xankəndinə yollanılmasını tələb edirdilər. Onlara cavab verdim ki, tutulanlar cinayətkardır və Şuşa rayonu ərazisində cinayət törədiblər və öz layiqli cəzalarını almalıdırlar. Volski, Tumanyants məndən onların tabeliyində olan şəxs kimi Xankəndinə getməyimi tələb edirdilər. Onlara cavab verirdim ki, nə vaxt siz Bakıya gedib hesabat versəniz, onda mən də Xankəndinə gələrəm... Bir dəfə R.Tumanyantsın telefonda söyüşünə cavab olaraq söyməyə də məcbur oldum. O dövrdə Şuşada “raypo” (Rayon İstehlak Cəmiyyəti) müdiri olan indiki icra başçısı Bayram Səfərov da şahiddir, o da həmin vaxt yanımda idi. Yaxşı ki, Barannikovla münasibətlərim yaxşı idi, əks halda məni işdən çıxarararaq həbs etdirərdilər. Çox təzyiq etdilər, ermənilərin heç birini buraxmadım. Amma sonda fövqəladə vəziyyət zamanı bütün hökumət strukturlarının birbaşa tabe olduğu komendant Safonov əmr etdi ki, həmin 28 erməni yaraqlısı buraxılmalıdır. Məcbur olub onlradan 21-ini rus hərbçilərə təhvil verdim. Yalnız zor-güc 7 nəfəri bərdəlilərin xatırlatdığım qətli ilə bağlı saxlatdıra bildim Şuşa türməsində... Qalan 21 qulduru Xocalının Həsənabad kəndindəki komendaturaya apardılar. Onlara 30 sutka həbs verib sonradan buraxdılar. Bulirsiz, biz yerlərdə nə qədər çalışsaq da,ermənilərin dəstəklənməsinə müqavimət göstərsək də, hər şey Moskvadan diktə olunur və son sözü Moskva deyirdi... Məhz bunun nəticəsində 1989-1991-ci illlər ərzində Şuşa türməsinə toplanmış 500-dək erməni terrorçularının əksəriyyəti müxtəlif bəhanələrlə buraxdırıldı... Və bütün bu təzyiqlər sayəsində Azərbaycan polisi və könüllü dəstələrinin gecə-gündüz əziyyət çəkib keçirdiyi əməliyyatların çoxu nəticəsiz qalırdı”.

“Onu deyim ki, bəhs etdiyimiz 5 kənd 1988-1992-ci ilərdə Şuşa və Laçın rayonlarının qonşu və ətraf kəndlərini daim təhdid altında saxlamışlar... 1989-cu il oktyabrın 4-də Bərdə rayonunun 4 sakini taksidə Şuşa-Laçın yoluyla hərəkət edərkən Qaladərəsi kəndi yaxınlığında güllələnmişdi. 1991-ci ilin yanvarın 9-da təxminən eyni yerdə  jurnalist, Milli Qəhrəman Salatın Əsgərova və 3 rus hərbçisi qətlə yetirilmişdi. Eyni zamanda Şuşa işğal edilən günədək Daşaltı kəndindən Şuşa-Laçın yolu daim atəş altında saxlanılırdı. Orada da dəfələrlə dinc azərbaycanlılar atəşə tutulmuş, qətlə yetirilmişdilər... 

Düzdü, 1991-ci ilin may-iyun aylarında sovet qoşunblarının da dəstəyi ilə  Şuşa və Laçın polisləri, eləcə də keçmiş “OMON”un  keçirdikləri əməliyyatlar nəticəsində digər 4 kənd (Qaladərəsi, Kirov, Yeğsaoğ(1991-ci ildən Salatınkənd-S.L.) və Onverst) erməni terrorçularından təmizləndi. Nəticədə həmi kəndlərin bütün sakinləri könüllü şəkildə Ermənistana köçdülər...

Şükür ki, bu gün artıq Azərbaycan ordusunun 44 günlük müzəffər savaşı nəticəsində Şuşa şəhəri ilə bərabər Daşaltı kəndi də azad edilib. Hazırda rayonun digər 35 kəndi, o cümlədən sözügedən  terrorçu yuvası olan 4 kənd Rusiya hərbçilərinin nəzarətindədir. Həmin 4 kənddə az sayda da olsa, ermənilərin yaşadığı məlumdur. Lakin xəbərlərdən və video-görüntülərdən bəlli olur ki, o kəndlərdə separatçı rejimin qanunsuz hərbçiləri də yerləşir.  Odur ki, bəhs edilən kəndlər təhlükə mənbəyi olaraq qalır. Amma digər 31 kənddə ermənilərin yaşayıb-yaşamaması haqda dəqiq məlumat yoxdur...  

Sonda belə nəticəyə gəlmək olar ki, hazırda Ermənistandakı gərgin vəziyyəti də nəzərə alsaq, Qarabağdakı separatçı rejimin tör-töküntülərindən də hər cür təxribat gözləmək olar. Odur ki, işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşa və Laçın ərazisindəki hərbçi və polisimizlə yanaşı, xidməti vəzifərini  yerinə yetirən mülki vətəndaşlarımız da, jurnalistlərimiz də daim   ayıq-sayıq olmalıdırlar”- deyə keçmiş Dağlıq Qarabağın Daxili İşlər İdarəsinin sabiq rəis müavini əlavə edib.

05 noyabr

17:16 - Pensiya kapitalından vaxtından əvvəl istifadə etmək mümkündürmü? - ƏƏSMN-dən daha bir ümidsiz açıqlama17:12 - "Azəristiliktəchizat" abonentləri məhkəməyə verib - Əhaliyə qarşı hücum17:09 - Gəncləri qumarla məhv edən "bandit"in istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu

03 noyabr

12:45 - Ətin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı müzakirələrə aydınlıq gətirildi - VİDEO09:08 - Çin dolları sıxışdırır - "Financial Times"09:05 - Zaxarova Paşinyanın türklərlə bağlı çıxışına cavab verdi09:02 - Ermənistanda katolikos II Qareginin qardaşı və onun oğlu saxlanılıb

27 oktyabr

09:41 - "Bu şəraitdə kim bu cür bizneslə məşğul olmaq istəyər?" - İqtisadçı09:39 - "Azərbaycan Rusiya mallarının Ermənistana tranzitinin mümkünlüyünü təsdiqləyib" - Overçuk09:36 - Bəylər Eyyubovdan əvvəl o vəzifəni kimlər daşıyıb?

22 oktyabr

11:09 - Avropa və Ukrayna 12 bəndlik plan hazırlayır - "Bloomberg" nəşri11:08 - Azərbaycan təyyarəsi İrəvana getdi - Nə baş verir?

20 oktyabr

15:09 - Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti "Veysəloğlu" Şirkətlər Qrupunda olub - FOTOLAR12:13 - Tramp Zelenski ilə görüşdə özündən çıxıb: xəritələri yerə atıb, onu həsdələyib - "Financial Times" nəşri12:11 - Eldar Mahmudovun vəkilindən yayılan xəbərlərə - Reaksiya

14 oktyabr

12:33 - Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Qiymət 35% bahalanıb12:31 - Qəzza müharibəsi başa çatdı - Kim itirdi, kim qazandı...12:29 - Venesuela Nobelə görə Norveç səfirliyini bağladı

09 oktyabr

14:21 - Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR14:19 - ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq - İranın vitse-prezidenti14:16 - İlham Əliyev Tacikistanda - FOTOLAR14:14 - "QHT işi" üzrə daha bir məhkəmə başlayıb

07 oktyabr

15:25 - Yeni qaydalar təsdiqləndi - Kimlərin pensiyası artırılacaq?15:23 - Qəbələdə Zirvə Görüşü öncəsi maraqlı anlar - FOTOLAR15:21 - İlham Əliyev Putinə zəng etdi

06 oktyabr

09:43 - Bəşər Əsədə sui-qəsdin detalları - "New York Post" 09:39 - ABŞ Cənubi Qafqazda post-Putin dövrünə hazırlaşır...09:37 - "Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır" - "Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır"

02 oktyabr

13:45 - İlham Əliyev Paşinyanla görüşdü - FOTO13:43 - İrəvandan Kopenhagen görüşü barədə açıqlama...