"Yadımda deyil ki, biz söyüş söydük, ya yox..." - 288 kv.km ərazini Azərbaycana verdi

13 iyun, 2021 10:28

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ötən il noyabrın 20-də silahlı qüvvələrin Baş qərargah rəisi Onik Qasparyanla baş tutmuş telefon söhbəti barədə danışıb. 

Azsiyasət.com xəbər verir ki, o bildirib ki, həmin telefon söhbəti zamanı həqiqətən baş nazir Nikol Paşinyanın ünvanına sərt ifadələr işlədib, amma söyüş söydüyü yadında deyil.

Xatırladaq ki, bu telefon söhbəti barədə Paşinyan Tavuş vilayətində seçicilərlə görüşündə danışıb. Və telefon söhbətinin dinləndildiyini təsdiq edib. Deyib ki, Onik Qasparyan noyabrın 20-də “nəyə görəsə” Serj Sərkisyana zəng vurub. “Məni ən axırıncı söyüşlərlə söydülər”,-o bildirib.

Serj Sərkisyan Yerevanda seçicilərlə görüşündə bu haqda danışaraq deyib ki, Onik Qasparyanın ona zəng vurması və Paşinyandan şikayətlənməsi təəcüblü idi. Çünki Qasparyan Paşinyanın həmyerlisidir, onu vəzifəyə qoyan və rütbə verən də Paşinyan olub.

“Faktı təsdiq edirəm, bəli, zəng olub. Noyabrın sonlarında, səhv etmirəmsə, ayın 20-də biz danışdıq. Bəli, sərt sözlər olub, amma yadımda deyil ki, biz söyüş söydük, ya yox. Nə etməliydik? Tərifləməliydik ki, 5 min itki var, torpaqların yarısını veriblər?”,-Serj Sərkisyan bildirib. (Virtualaz.org)

Sərkisyan deyib ki, telefon söhbəti zamanı Qasparyan ona Sünikdə olduğunu, təhvil verilməli olandan daha çox ərazi verildiyini deyib. Bu vaxt Sərkisyan ona məsləhət görüb ki, general paqonlarını korlamasın və üçtərəfli razılaşmada nəzərdə tutulmayan qərarların icrasında iştirak etməsin.

“O, (Paşinyan,-red.) şifahi razılaşma əsasında Qubadlı rayonundan Azərbaycana 288 kv.kilometr ərazi verdi. Əgər bunu etməsəydi, Sünik indi daha təhlükəsiz olardı”,-Sərkisyan bildirib.

Keçmiş prezident qeyd edib ki, Qasparyan “ən yaxşı hərbçilərdən biri idi”, amma onun Paşinyandan şikayət etməsi “gülməlidir”. “Bəyəm bu gülməli deyilmi ki, öz həmyerlisindən rütbə və vəzifə alan adam mənə zəng vurur və özünü ali baş komandan adlandıran adamdan şikayətlənir?”,-o deyib.

Xatırladaq ki, 10 noyabr üçtərəfli razılaşması imzalanarkən Qubadlı rayonunun Ermənistanla sərhəd bəzi əraziləri hələ düşmənin nəzarətində idi və həmin razılaşmada bu haqda heç nə deyilmirdi. Lakin daha sonra, dekabr ayında Azərbaycan ordusu Ermənistanla sovet dövrü sərhədlərini bərpa etməyə başladı və Qubadlının qalan əraziləri də işğaldan azad olundu.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"