Rusiya Azərbaycandan pomidoru vaqonlarla daşımağa icazə verdi - Lakin cəmi 31 şirkətə

14 iyun, 2021 09:23

Rusiya tərəfi iyunun 15-dən etibarən Azərbaycandan bu ölkəyə pomidor və almanın dəmir yol vaqonları ilə daşınmasına icazə verib.

Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda razılaşma iki ölkənin müvafiq səlahiyyətli strukturları arasında danışıqların yekunu olaraq əldə edilib. Məlumatı “KazaxZerno.kz” portalı bildirir.

Məlumata əsasən, daşıma Azərbaycan tərəfinin qarantiyası əsasında (malların keyfiyyətinə dair təminat nəzərdə tutulur) həyata keçiriləcək. Lakin Azərbaycandan Rusiyaya pomidoru dəmir yol vaqonlarında daşımaq imtiyazı cəmi 31 tərəvəz yetişdirən şirkətə veriləcək, eləcə də alma yetişdirən 24 şirkət öz məhsullarını dəmir yol vaqonları ilə Rusiyaya daşıya bilərlər.

Rusiya tərəfinin israrlarına görə, bu kənd təsərrüfatı məhsullarının çatdırılması ancaq zəruri fitosanitar sertifikatların mövcudluğu və qaydalara tam əməl edilməsi şərti ilə mümkündür. Hər vaqonda ancaq bir növ məhsul və ancaq bir istehsalçının məhsulu daşıyna bilər. Payızda isə Azərbaycan təchizatçılarına Rusiyaya pomidor və almanı konteynerlərə daşımağa icazə verilməsi nəzərdə tutulur. Bu məsələyə oktyabrın 1-də baxılmalıdır.

Qeyd edək ki, son həftələr ərzində Azərbaycan-Rusiya sərhədində TIR-ların uzun növbələri hökm sürür. Bunun da əsas səbəbi mövsümlə əlaqədar olaraq Azərbaycandan Rusiyaya pomidor və digər kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının sayının kəskin artmasıdır.

Məsələ burasındadır ki, Rusiya tərəfi malların dəmir yol vaqonları ilə daşınmasına icazə vermədiyi üçün istehsalçılar pomidoru və digər kənd təsərrüfatı məhsullarını bu ölkəyə TIR-larla yola salmalı olurdular. Nəticədə həm daşınma xərci artır, həm sərhəddə yaranan uzun növbələr səbəbindən mallar həftələrlə sərhəddə qalaraq xarab olurdu. Məhz bu problemlərə görə, Göyçay və Şəmkirdə pomidor yetişdirən fermerlər öz mallarını zibilliyə atmalı olublar. Fermerlər malları ixrac edə bilmədikləri üçün böyük ziyana düşdüklərini deyirlər.

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"