Ermənistanın mina xəritələrini verməsinə Rusiya mane olur? - ŞƏRH

15 iyun, 2021 09:59

Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrini Azərbaycana təqdim etdi. Bunun qarşılığında Azərbayca 15 erməni əsiri Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verildi.

Bu razılaşmanı dəyərləndirən bir sıra ekspert və təhlilçi mina xəritələrinin Azərbaycana verilməsinə Rusiyanın əngəl olduğunu iddia etdilər. Arqument olaraq, rəsmi Moskva xəritələrin Azərbaycana verilməsinin tərəfdarı deyil və hətta prosesin indiyə qədər ləngiməsinin də səbəbkarıdır, gətirildi.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bu iddialarla razılaşmır.

“Rusiyanın prosesə mane olduğu iddiası əsassızdır. Rusiya rəsmi şəkildə hər zaman bəyan edirdi ki, erməni diversantlar qaytarılmalıdır. Rusiya başa düşməli idi ki, biz həmin erməniləri qarşılıqsız qaytarmayacağıq. Mina məsələsi də bu problemin fonunda həll edilməlidir.  Mən bilmirəm ki, kim özünü mütəxəssis hesab edir. İddianı təsdiq etmək üçün tutarlı əsas ortaya qoymaq lazımdır. Rusiyanın müəyyən maraqlarının olması, bəzi siyasi oyun və təzyiqləri məlumdur. Amma ortada əsas, fakt və səbəb yoxdur. Mina xəritələrinin verilməməsi Azərbaycanın azad edilmiş ərazilərinin inkişafını ləngidir. Rusiya bunda maraqlı deyil. Onsuz da bilirlər ki, gec-tez biz bərpa prosesini yekunlaşdırıb, “Böyük qayıdış”ı həyata keçirəcəyik”. 

F.Şəfiyev mina xəritələrinin yoxlanılıb, dəqiqləşdiriləcəyini mütləq sayır: 

“Bu razılaşmada belə Ermənistana tam güvən mümkün deyil. Rusiya bilir ki, regionda bərpa proses gedəcək. Biz demişdik ki, qarşılıqsız erməni diversanltları qaytarmayacağıq. Ola bilər, Ermənistandakı seçkiqabağı hansısa oyun qurulsun, yaxud Rusiya istəsin ki, ancaq onun vasitəsilə iş aparılsın - bu ayrı məsələdir. Ümumilikdə mina xəritələrinin verilməsinə əngəl törədilməsi əsassızdır və buna tutarlı səbəb yoxdur”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"