"Seçkilərdən sonra toqquşmalar istisna olunmur" - Koçaryan
15 iyun, 2021 14:03
İyunun 20-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra insanların küçəyə çıxması və toqquşmalar istisna olunmur.
Azsiyasət.com-un erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin sabiq prezidenti Robert Koçaryan deyib.
O bildirib ki, seçki komissiyası öz işini dəqiq yerinə yetirsə, hər hansı bir ciddi fəsadlardan qaçmaq mümkün olacaq: "Əlbəttə, toqquşmalar hadisələrin inkişafının xoşagəlməz variantı olsa da, bunu tamamilə istisna etmək olmaz".