Azərbaycan yeni səfirlik açır - Qarabağ müharibəsində dəstək verən ölkədə

15 iyun, 2021 19:23

Elşən Mustafayev: “Bosniya və Herseqovinada səfirliyin açılması ilə bağlı xəbəri eşidəndə...”

Azər Hüseynov: “İlham Əliyev bu yeni geosiyasi situasiyanı çox gözəl başa düşür”

Azərbaycanın Bosniya və Herseqovinanın Sarayevo şəhərində səfirliyi təsis ediləcək. 

Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı sərəncamla Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Bosniya və Hersonovina niyə bizim üçün önəmlidir? 

Vaxtilə serblərin az qala genosidinə məruz qalanlar Qarabağ müharibəsində  bizə dəstək veriblər. Bu nüansı nəzərə alaraq, belə bir qərarın verilməsi hər kəs tərəfindən alqışlanır. Bu ölkədə səfirliyimizin olmasının önəmi xüsusi vurğulanır. Eyni zamanda, Azərbaycanın xarici siyasətində 16 il xarici işlər naziri olan Elmar Məmmədyarovdan fərqli olaraq onu əvəzləyən Ceyhun Bayramovun 11 aylıq nazir dönəmində çevik qərarların verilməsinin məntiqi nəticələrindən biri kimi Bosniya və Herseqovinada səfirliyimizin açılması istiqamətində atılan addımlar göstərilir.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bu mövzu ətrafında musavat.com-da çox vacib məqamlara toxundu: 

“Azərbaycanın diplomatik sahədə uğur qazanmasının yollarından biri də xarici ölkələrdə səfirliklərimizin açılmasıdır. İlk vaxtlar Azərbaycan böyük ölkələrdə səfirliklərini açsa da, sonradan digər ölkələrdə də diplomatik nümayəndəliklərimiz konsulluqlarımız, səfirliklərimiz açılmağa başlamışdı. Amma proses bir etapda demək olar ki, dayandı. Əgər ölkənin bu işləri görmək üçün maliyyə imkanları olmasaydı, başa düşülən olardı. Amma bilirik ki, belə bir problem yox idi. O zaman kim və ya kimlər bu məsələyə mane olurdu? Haradan tapşırıq alırdılar? Niyə bu işlərə məsul olanların işindəki uğurlar yalnız ailə bizneslərində özünü göstərirdi? Çünki Xarici işlər Nazirliyi uzun illər başda nazir olmaqla birbaşa işlərindən başqa hər bir işlə məşğul olurdular. Halbuki elə dövlətlər var ki, orada səfirliklərin açılması bizim üçün çox vacibdir. Belə məsələlərdə ölkələrin tək böyüklüyü, iqtisadi və hərbi gücü əsas gətirilməməlidir. Sadaladığım parametrlərə malik olmayan, amma bizim üçün böyük əhəmiyyət kəsb edən ölkələrlə də işlənilməlidir. Ola bilsin ki, həmin ölkə daxilində Azərbaycanla bağlı neqativ proseslər getsin. Məhz gələcəkdə bu proseslərin qarşısında durmaq, daxillərində fikirləri dəyişmək üçün səfirliyin olması mütləqdir. Yaxud bizimlə sıx münasibətdə olan, hər zaman dəstəklərini gördüyümüz ölkələr də var ki, bizim orada səfirliklərimiz yoxdur. Ən yaxşı halda 4-5 ölkəyə bir səfirlik praktikasından istifadə olunur ki, əslində belə yanaşma yumşaq desək həmin ölkələri ciddiyə almamaq kimi görünə bilər. Bu gün Bosniya və Herseqovinada səfirliyin açılması ilə bağlı xəbəri eşidəndə proseslərin müsbət istiqamətdə inkişaf edəcəyinə inamım artdı. Çoxdan belə addımlar lazım idi. Yəni vacib deyil ki, bütün ölkələrdə geniş ərazidə və böyük statda diplomatik korpus açasan. Əsas odur ki, ölkə ilə işləmək perspektivlərinə uyğun kiçik, amma effektiv səfirlik formalaşdırılsın. Eyni zamanda, bütün səfirlərin, diplomatların iş keyfiyyətlərini araşdırmaq, yoxlamaq vacibdir. Səfirliklər işdən çıxan məmurlar üçün ehtiyat iş yeri hesab olunur. Həmçinin gördüyümüz o olub ki, bir çox hallarda diplomatik işə qabiliyyət və bacarığına görə deyil, hansısa məmurun , böyük vəzifə sahibinin yaxını, qohumu olduğuna görə təyin olunub. Bu problemləri aradan qaldırmaq hazırda əsas hədəf olmalıdır. Eyni zamanda, çoxdandır ki, ləngiyən, Azərbaycan üçün açılması çox vacib olan İsraildə səfirliyimizin olmaması da yaxşı hal deyil. Hazırda 90-cı illər deyil ki, İranı incitməmək üçün bu addımı atmırdıq. İran özü dövlət marağı deyərək düşmənlərimizlə iqtisadi, diplomatik, hətta bəzən hərbi sahədə əməkdaşlıq etdiyi halda biz niyə dövlət marağımızın tələb etdiyi addımları atmamalıyıq?”.

Politoloq Azər Hüseynov bu addımı alqışlayır: 

“Azərbaycanın Bosniya Herseqovinada səfirlik açması Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin məntiqi nəticəsidir. Bosniya Hersoqovinanın müsəlman xalqı, həm də bizim sanki qədər ekizimizdir. Məmmədyarov məsələsinə gəldikdə isə, rusca düşünən diplomatlar Post Osmanlı reallığının əhəmiyyətini tam tutmaz. Azərbaycanın Dövlət Başçısı İlham Əliyev isə bu yeni geosiyasi situasiyanı çox gözəl başa düşür. Hesab edirəm ki, bütün xarici siyasi bürokratiyanın da bunu anlaması lazımdır. Gələcəkdə Azərbaycan Bosniyaya kapital yatırsa lap əla olar. Bu Azərbaycanın yeni geosiyasi pazlda Türkiyə ilə həmmüəllif olmasına gətirib çıxardar. Bir də Bosniya dedin, Balkanlar dedin. Balkanlar dedin, strateji məkan dedin. Alqışlanası addımdır”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"