Ərdoğana hədiyyə edilən Qarabağ atının FOTOLARI

16 iyun, 2021 10:06

İyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya tədbiri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qarabağ atı hədiyyə edilib.

Azsiyasət.com xəbər verir ki, öncə Prezident İlham Əliyev həmin atın fotosu və məlumatları olan açıqcanı həmkarına göstərib.

Daha sonra R.T.Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı hədiyyə edilib.