Ərdoğanın Şuşaya səfərinin əslində mövcud olmayan Ermənistan XİN-ə nə dəxli? - Rəsmi Bakının cavabı

16 iyun, 2021 12:53

Ermənistanda əslində mövcud olmayan, başsız qalan və bütün məsul şəxsləri istefa vermiş Xarici İşlər Nazirliyi dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana Qarabağın azad olunmuş hissəsini də əhatə edən səfəri ilə bağlı bəyanatla çıxış edib. Və bu səfəri “regionda sülhə və təhlükəsizliyə qarşı təxribat” kimi qiymətləndirib. Üstəlik daha da irəli gedərək “Türk-Azərbaycan təcavüzü” ifadəsini işlədib.

Bu mənasız və absurd bəyanata əslində məhəl qoymamaq da olardı, çünki Ermənistanda hökumət adına ciddi qəbul edilə biləcək hər hansı institut qalmayıb. XİN isə faktiki olaraq fəaliyyətini dayandırıb, nazir və müavinləri Paşinyanla işləməkdən imtina edərək istefa verib. Və nazirliyin binasında hansısa dəftərxana işçisinin cızmaqarasının “bəyanat” adı ilə yayılması əslində ironiyadır.

Bununla belə rəsmi Bakı hər halda Yerevandan eşidilən bu cür ziyanlı reaksiyalara cavab verməyi lüzum bilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib: 

- Öncə qeyd etmək istərdik ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil.

Qeyd etdiyiniz açıqlamaya gəldikdə isə, hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə əz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.

Ermənistan XİN-inə öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"