"Ümid edirəm ki, Ermənistan bundan dərs çıxarar" - Çavuşoğlu

16 iyun, 2021 14:44

“Biz Cənubi Qafqazın sabitlik və sülh bölgəsi olmasını istəyirik. Bundan da ən çox faydalanan Ermənistan və erməni xalqı olacaq. Çünki illərdir Ermənistan özünü təcrid edib, kənarlaşdırıb”.

Azsiyasət.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumundan əvvəl baş tutmuş brifinqdə deyib.

“Ermənistanın öz səhvləri səbəbindən qonşuları ilə əlaqələri yaxşı olmayıb. Ümid edirəm ki, Ermənistan bundan dərs çıxarar və bölgəyə sülh və sabitlik hakim olar. Əlbəttə, bu sülh və sabitlik şəraitində iqtisadi artım və rifah olacaq, vacib layihələr həyata keçiriləcək. Hazırda vacib layihələr – quru yollar, dəmir yolları, nəqliyyat, logistika, ticarət üzrə layihələr müzakirə olunur. Bir qədər öncə dediyim kimi, bundan ən çox Ermənistan faydalanacaq, hamımız faydalanacağıq”, - XİN başçısı əlavə edib.

O vurğulayıb ki, Azərbaycan Ordusu 44 günlük müharibədən sonra öz torpaqlarını azad edib: "Hər kəs Azərbaycanın sərhədlərinin toxunulmazlığına və onun ərazi bütövlüyünə hörmət göstərməlidir. Uzun illər Azərbaycan bu məsələnin diplomatiya yolu ilə həlli üçün səbr edib. Amma təəssüflər olsun ki, bu məqsədlə başladılan təşəbbüslərin heç biri Azərbaycan torpaqlarının azad edilməsi üçün yetərli olmayıb. Əlbəttə, Azərbaycanın səbri sonsuz deyil və lazım olan edildi. Azərbaycan torpaqlarını azad etdi”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI