Rusiyanın Ermənistandakı hərbi iştirakını gücləndirmək üçün çox ciddi proseslər başlatmalıyıq" - Koçaryan "SOROS"u yığışdıracağını dedi

16 iyun, 2021 19:12

Ermənistanda seçki kampaniyasının başa çatmasına üç gün qalmış keçmiş prezident Robert Köçəryan rəqibi Nikol Paşinyana hücumları artırmaqla yanaşı Rusiyaya ünvanlanmış açıq mesajlar da verir. Məsələn, o bildirir ki, Rusiyanın Ermənistandakı hərbi iştirakını gücləndirmək lazımdır. Bir gün əvvəl isə Köçəryan Ermənistandakı “Soros şəbəkəsinin” fəaliyyətinin dayandırılacağını demişdi.

Seçicilərlə bu günkü görüşündə Köçəryan bildirib ki, qarşıda həm Ermənistanın müharibədə məğlub olmuş (daha doğrusu, darmadağın edilmiş,-red.) ordusunu bərpa etmək, həm də Rusiyanın hərbi iştirakını “daha müasir” hala gətirmək vəzifəsi dayanır. Onun fikrincə, buna nail olmaq mümkündür və lazımdır. Xüsusən də regiondakı proseslərin inkişafını nəzərə alanda.

Və Robik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda sülh, əməkdaşlıq, o cümlədən Rusiya və İranın da iştirak etdiyi 3+3 formatında regional əməkdaşlıq çağırışları etdiyi bir vaxtda regionda baş verənləri Türkiyə-Rusiya geosiyasi qarşıdurması kimi qələmə verməyə çalışıb.

“Biz Türkiyənin regionda artan rolunu görürük. Xəritəyə baxanda aydın olur ki, Türkiyənin ekspansiyası üçün yeganə çəkindirici amil Rusiyadır. Bundan çıxış edərək biz Rusiya ilə onun burada hərbi iştirakını gücləndirmək üçün çox ciddi proses başlatmalıyıq. Lakin ölkənin güclənməsi təkcə Rusiyanın hərbi iştirakı ilə şərtləndirilməli deyil”,-o bildirib.

Belə görünür ki, Rusiyanın Ermənistandakı hərbi iştirakını daha da gücləndirmək Köçəryanla Paşinyanın həmrəy olduğu yeganə məsələdir, çünki Paşinyan da öz çıxışlarında bunun zəruriliyi haqda danışır.

Bundan əvvəl isə Köçəryan Ermənistanda şərti olaraq “Soros şəbəkəsi” adlandırılan vətəndaş cəmiyyəti institutlarını təhlükə adlandırmışdı və bildirmişdi ki, hakimiyyətə gələndən sonra onların fəaliyyətini dayandıracaq. Aydındır ki, burada söhbət Paşinyanı hakimiyyətə gətirən, qərbə bağlı vətəndaş cəmiyyəti institutlarından gedir.

Virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"