Ukraynanın hərbi ekspertlərindən Ermənistana çağırış - "Bütün mina xəritələrini təhvil verin"

17 iyun, 2021 14:09

Ukraynanın hərbi ekspertləri və ehtiyatda olan zabitləri birgə bəyanatla çıxış edərək Ermənistanı bütün mina sahələrinin xəritələrini Azərbaycana təhvil verməyə çağırıblar.

Azsiyasət.com xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert, ehtiyatda olan zabit Yuri Koçevenko bildirib.

Bəyanatda deyilir ki, günahsız insanların həyat və sağlamlığını qorumaq naminə Ermənistan bütün mina sahələrinin xəritələrini təhvil verməlidir.

“Müvafiq beynəlxalq təşkilatlar bu problemi həll etmək üçün öz mandatları çərçivəsində təcili tədbirlər görməlidirlər. İyunun 12-də Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən mina sahələrinin xəritələrinin təhvil verilməsi əhəmiyyətli hadisədir və bu proses davam etdirilməlidir”, - bəyanatda vurğulanır.

Hərbi ekspertlər həmçinin azərbaycanlı jurnalistlərin də mina partlayışlarının qurbanı olmasını qeyd ediblər: “4 iyun tarixində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan avtomobilin tank əleyhinə minaya düşməsi ilə bağlı son faktı qeyd etməmək olmaz. Bu dəhşətli hadisə nəticəsində 3 nəfər həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bu, azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsini bir daha kəskin şəkildə qaldırır”.

Milli maraqların müdafiəsi şəbəkəsi ANTS-nin həmtəsisçisi Lüdmila Dolqonovskaya, tanınmış ukraynalı yazıçı, ehtiyatda olan zabitVladimir Çepovoy, ehtiyatda olan polkovnik, tanınmış hərbi jurnalist, "Аrmiya İnform"un xüsusi müxbiri, Ukrayna HQ-nin Baş Qərargahının sabiq spikeri Vladislav Voloşin, “Qeyri-sistem fəaliyyətlərinin həyata keçirilməsi və təhlili” Sosial Mərkəzinin Tədqiqat layihələrinin rəhbəri Dmitri Qromakov, ehtiyatda olan zabit, “Çernım po belomu” İnformasiya Agentliyinin Baş redaktoru Ruslan Orucov da bu bəyanata qoşulublar.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"