"Qısa müddətdə Turan elan olunacaq" - Sərdar Cəlaloğlu

17 iyun, 2021 15:31

Azsiyasət.com Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun yenisabah.az-a verdiyi müsahibəni təqdim edir:

- Co Bayden bir müddət əvvəl Vladimir Putini qatil adlandırdı və nəticədə Rusiya ABŞ-dakı səfirini geri çağırdı. Ötən gün isə Cenevrədə baş tutan görüşdə Rusiya və ABŞ prezidentləri səfirlərin iş yerlərinə qaytarılması barədə razılaşdılar. Ümumiyyətlə, Baydenin hakimiyyətə gəldiyi gündən emosional çıxışları ilə gündəmi zəbt etməsini necə qiymətləndirirsiniz?

- Baydenin çıxışlarını xalis emsional bir çıxış kimi dəyərləndirməzdim. Çünki onun bəyanatlarında haqlı məqamlar var. Əgər Rusiya Baydenin həmin ifadəsindən sonra səfiri geri çağırdığı halda, sonra təzədən ABŞ-a göndərirsə, bu, Putinin Baydenin dediklərinin bir qismini qəbul etdiyi mənasına gəlir. Ona görə də burada qalib tərəf Baydendir. 

Ümumiyyətlə, təbii ki, prezidentliyə iddialı olan şəxs dünyada gedən proseslərin hamısını kifayət qədər mükəmməl şəkildə bilməyə bilər. Amma bu, sadəcə prezident vəzifəsinə gələnə qədər mümkün olan şeydir. Elə ki prezident oldu, dövlət orqanları dövlətin strateji maraqlarını, dünyadakı fəaliyyəti aydın şəkildə faktlarla prezidentə çatdırır və bundan sonra prezident seçkiqabağı və ya seçkidən dərhal sonra verdiyi bəyanatların bir çoxunda dəyişiklik edə bilər. Baydenin də öz mövqeyini dəyişməsi təbiidir. 

Bu baxımdan çıxışlarını normal qiymətləndirirəm. Əksinə, qeyd etdiyim kimi, burada pis vəziyyətə Rusiya düşdü. Bayden Putini qatil adlandırmasına baxmayaraq, nə təkzib etdi, nə üzr istədi, nə də sözünü geri götürdü. Hətta onun əvəzində Putin ittihama qarşı jest kimi səfiri geri qaytarır. Bu da Baydenin haqlı olduğuna sübutdur.

- Bildiyiniz kimi, Bayden “erməni soyqırımı” ifadəsini də işlətmişdi, hətta bu, yazılı sənəddə də öz əksini tapmışdı. Lakin hazırda ABŞ Prezidenti Türkiyənin Azərbaycanla birgə yürütdüyü siyasəti dəstəkləyir.

- Siyasət belədir. Tutaq ki, o, erməniləri sakitləşdirmək üçün “soyqırımı” ifadəsini işlədib. İndi Bayden “erməni soyqırımı” deyəndə həqiqi soyqırımı olmur ki. Baydenin hər hansısa mövqeyi Türkiyəni bağlamır və dünyanın da heç bir ölkəsi hadisələrə Baydenin mövqeyinə uyğun qiymət vermir. Çünki dünyanın bir çox ölkəsində belə bir soyqırımının olmaması ilə bağlı qərarlar qəbul edilib. Sadəcə olaraq o, erməniləri sakitləşdirmək üçün soyqırımı ifadəsi işlədir. 

Azərbaycanla yaxınlaşmaq üçün isə Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirir. Türkiyə barədə isə Ərdoğanla görüşündən sonra, “Türkiyə ilə çox ciddi əlaqələr quracağıq”,-demişdi. Problemlərin hamısı bir müddət sonra avtomatik həllini tapır. Hətta bəzən bir çox problem məsələlər müzakirə olunmadığına görə meydana çıxır, elə ki masa arxasında oturub müzakirə aparırlar, tərəflər hansısa addımı nə üçün atdığını izah edirlər, yəni ortaya mövqe qoyurlar, əvvəl problem kimi görünən məsələlər rahatlıqla həll edilir. 

Türkiyə ilə ABŞ arasındakı məsələlər mənə elə gəlir ki, Ərdoğan Bayden görüşündən sonra yoluna qoyulub. Zatən Ərdoğan qabaqcadan Baydenlə yaxın dost olduğunu, Baydenin onun evinə gəldiyini demişdi. Yəni əvvəldən biz bunun müvəqqəti narazılıq olduğunu proqnozlaşdırırdıq. 

Həmçinin onu da qeyd edim ki, Baydenlə görüşdən sonra Azərbaycan-Türkiyə arasında müttəfiqlik müqaviləsinin imzalanması göstərir ki, müqaviləni həm NATO, həm də ABŞ birmənalı şəkildə dəstəkləyir. Bu da bizim üçün çox ciddi siyasi nəticədir.

- ABŞ-ın Cənubi Qafqazda aparıcı qüvvə olan Azərbaycan, Türkiyə və Rusiya ilə münasibətlərinin hansı səviyyədə davam edəcəyini düşünürsünüz?

- Bir şeyi bilmək lazımdır ki, Amerikanın, o cümlədən Avropanın Yaxın Şərq, Qafqaz və Orta Asiya siyasəti Türkiyə üzərindən həyata keçirilir. Türkiyə NATO-nun üzvüdür. NATO da ABŞ və Avropa Birliyi ölkələri ilə çox ciddi hərbi əməkdaşlıq edir. Bu baxımdan Türkiyənin təsir dairəsində olan ərazilər dolayı yolla həm də NATO-nun təsir dairəsindədir, ya da Amerikanın maraqlarına uyğun bölgələrdir. 

Ona görə də ağıllı olaraq həm NATO-ya üzv olan ölkələr, həm də ABŞ  Türkiyənin xarici siyasətini birmənalı şəkildə dəstəkləməlidir və dəstəkləyir. Onlar Türk Birliyinin yaradılmasını, Orta Asiya türk respublikalarının da bu müttəfiqlik müqaviləsinə qoşulmasını da bu və ya başqa şəkildə dəstəkləyəcəklər. Turanın yaranması təkcə türkdilli dövlətlərin maraqlarına yox, Avropa Birliyi və ABŞ-ın da maraqlarına da uyğun olduğuna görə qısa müddətdə çox güman ki, Turan elan olunacaq.

- ABŞ Ağdamın mina xəritəsinin alınmasında vasitəçi qismində çıxış etdi. Minsk qrupunun həllini tapmaq üzrə olan münaqişədə bir addım atdığını deyə bilərikmi?

- Açığı mən belə düşünmürəm, Rusiyanın razılığı olmadan Ermənistan bizə xəritə verməzdi. O xəritələr heç Ermənistanda deyil, Rusiyadadır. Bundan bir qədər əvvəl Rusiya Ağdamın bərpasında iştirak etməsilə bağlı bəyanat vermişdi, ondan dərhal sonra əsirlərin verilməsi və məhz Ağdamdakı minalanmış sahələrin xəritəsinin alınması göstərir ki, Rusiya özünün Ağdamda müəyyən iqtisadi fəaliyyət göstərməsi üçün bu məsələyə gedib. Ona görə də mən burada Minsk qrupunun və ABŞ-ın hər hansısa rolunu görmürəm.

- Yəni bundan sonra ABŞ-ın Minsk qrupunun həmsədr dövləti kimi minaların xəritəsinin Azərbaycana verilməsində, o cümlədən bölgədə sabitliyin qorunmasında hansısa səy göstərəcəyini güman etmirsiniz?

- Minsk qrupu artıq nə de-fakto, nə de-yure mövcuddur. Çünki Minsk qrupu Azərbaycan ərazilərinin işğalı ilə bağlı yaradılmışdı. Bu gün bizim ərazilərimiz işğaldan azad edilib. Yalnız Dağlıq Qarabağda 3 faizə yaxın ərazidə Rusiyanın sülhməramlı qüvvələri adı altında xarici qüvvələr var. Yəni ora da qeyri-rəsmi işğaldadır, amma rəsmi şəkildə guya işğal deyil. 

Ona görə də Minsk qrupunun artıq Ermənistan-Azərbaycan arasında münasibətlərdə vasitəçi olmasına heç bir əsas yoxdur. Dağlıq Qarabağda separatizm hərəkatı var, bu, beynəlxalq hüquqla qadağan olunmuş cinayət əməlidir. Lakin bu da Azərbaycanın daxili işidir. 

Minsk qrupu Dağlıq Qarabağla bağlı hər hansı mövqe ortaya qoya bilməz. Qoyacağı təqdirdə Azərbaycanın daxili işlərinə qarışmış olacaq. Ona görə də sual olunur: Əgər Dağlıq Qarbağla bağlı beynəlxalq hüquqa görə sən hər hansısa məsələyə müdaxilə edə bilməzsənsə, hazırda hansı vəzifəni yerinə yetirirsən? Zatən artıq Azərbaycanla Ermənistan üçüncü dövlətin iştirakı olmadan bir-birilə dil tapıb problemləri həll etməyə başlayıb. Minsk qrupunun mövcudluğuna nə ehtiyac var?!

- Bəs hesab edirsinizmi ki, ABŞ və Fransa kimi dövlətlərin dəstəyi Paşinyanı hakimiyyətdə saxlamağa yetəcək? Çünki Paşinyan hazırda Rusiyadan çox, Qərbə meyil edir.

- Mənə elə gəlir ki, indiki halda bütün bölgə dövlətlərinin maraqlarına uyğun olan Paşinyanın yenidən Baş nazir seçilməsidir. Orada hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə həm Ermənistanda restavrasiya başlayacaq, həm də Qafqazda çox ciddi münaqişələr meydana çıxa bilər. 

Bu baxımdan hamı Paşinyanın hakimiyyətdə qalmasına çalışmalıdır. Seçkiqabağı bəyanatlardan da görünür ki, bu namizədlərin içərisində bölgə üçün ən məqbul namizəd elə Paşinyandır, onun hakimiyyədə qalması erməni xalqının da istəyidir. Elə bu, Rusiyanın da maraqlarına uyğundur. Çünki hakimiyyətə başqa radikal adam gələcəyi təqdirdə Rusiya məcburdur ki, o radikalın maraqlarına uyğun addım atsın, indiki halda isə Rusiyanın buna gücü çatmaz. Yəni Köçəryanın dediyi kimi, revanşizmə Rusiya dəstək versə, özü məhv olar, dəstək verməsə də, Ermənistan-Rusiya münasibətləri korlanar. Ona görə də Rusiya heç vaxt radikalların hakimiyyətə gəlməsində maraqlı olmayacaq.

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?