"Zəngəzur dəhlizi olmayacaq" - Paşinyan

17 iyun, 2021 23:11

Ermənistan hansısa dəhlizlə bağlı müzakirə aparmayıb və aparmayacaq.

Azsiyaset.com xəbər verir ki, bu sözləri Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan İrəvandakı yekun mitinqdə elan edib.

N.Paşinyan Azərbaycan rəhbərliyinin Zəngəzur dəhlizinin açılması ilə bağlı bəyanatını da təkzib edib:

“Ermənistanın suveren ərazisində kommunikasiyaların açılması ilə bağlı hər hansı dəyişikliyi tam şəkildə istisna edirik”.

Paşinyan hətta Azərbaycan və Türkiyə liderlərinin Ermənistan ərazisindən koridorla bağlı bəyanatlarını “absurd” adlandırıb:

“Biz öz mövqeyimizi çox dəqiq ifadə etmişik. Regionun iqtisadi kommunikasiyaları açılmalıdır. Bu kommunikasiyadan ölkələr bərabər imkanlar əldə etməlidir, 11 yanvarda Moskvada qəbul edildiyi kimi. Ermənistan bu bəyanatın müddəalarını həyata keçirməyə hazırdır”.

Paşinyan iddia edib ki, kommunikasiyaların açılmasına Azərbaycanın aqressiv və destruktiv mövqeyi mane olur. O, buna “sübut” kimi Ermənistan ərazisinə müdaxilə və “əsirlərin” qaytarılmamasını göstərib.

Buna baxmayaraq, Paşinyan 15 əsirin geri qaytarılmasının regionda atmosferi dəyişəcəyinə ümid yaratdığını da vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın qərb sərhədləri ilə Naxçıvan arasında birbaşa quru yolunun açılması 10 noyabr və 11 yanvar bəyanatlarında əksini tapıb. Azərbaycan Zəngəzur koridorunun Ermənistanın istəyindən asılı olmayaraq, açılacağını, bununla bağlı Rusiya ilə müzakirələr getdiyini bildirib. Belə ki, Ermənistanın dəmir yollarının 100 faiz sahibi Rusiyadır.

Eyni zamanda, Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizi xüsusi olaraq ayrıca maddə kimi qeyd edilib.

N.Paşinyanın destruktiv mövqeyi və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticədə 44 günlük Vətən müharibəsinə səbəb oldu. İndi də N.Paşinyan 10 noyabrda imzalamaqla üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınır.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin Ermənistanın 10 noyabr bəyanatının tələblərindən imtinasının intihar olduğunu bildirmişdi.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"