Kreml narahatdır və "qırmızı xətt" barədə xəbərdarlıq edir

18 iyun, 2021 09:52

İyunun 16-da ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında ilk üzbəüz görüşün ardınca Kreml bəyan edib ki, Ukraynanın NATO üzvlüyü məsələsi Moskva üçün “qırmızı xətdir”.

Kremlin sözçüsü Dmitri Peskov iyunun 17-də deyib ki, Rusiya, Ukraynaya bir gün NATO üzvlüyü üçün fəaliyyət planının verilə biləcəyi barədə söhbətlərdən narahatdır. Belə plan Ukraynanın NATO üzvlüyünün bir addımlığına gəlib çatması demək olardı.

Ukrayna prezidenti Vladimir Zelenski  iyunun 14-də demişdi ki, o Baydendən Ukraynaya fəaliyyət planının verilib-verilməyəcəyinə dair “hə” və ya “yox” cavabını gözləyir. Lakin Bayden bildirib ki, Kiyev əvvəlcə ölkədəki korrupsiyanın kökünü kəsməli və NATO-nun başqa kriteriyalarına uyğunlaşmalıdır.

Rusiya və Ukrayna arasında münasibətlər son aylarda yenidən gərginləşib. Onlar Donbasda hərbi əməliyyatların artmasına görə bir-birini ittiham edirlər. Rusiya ötən aylarda Ukrayna sərhədi boyunca və ilhaq edilmiş Krımda 100 minədək əsgər yerləşdirib. Moskva bunun hərbi təlim məqsədilə edildiyində israr edir. Buna baxmayaraq, ABŞ və Qərb, eləcə də Ukrayna Rusiyanın təcavüz ehtimalından narahatdırlar. Rusiya sonradan qoşunları geri çəkdiyini desə də, Vaşinqton və Kiyev çəkilmənin tam olmadığını vurğulayırlar.

Peskov deyib ki, Moskva Ukraynanın NATO üzvlüyünə can atmasını diqqətlə izləyir:"Biz bu məsələni çox diqqətlə izləyirik və Ukraynanın NATO-ya qoşulma perspektivi bizimçün həqiqətən də qırmızı xətdir”.

Buna baxmayaraq Peskov əlavə edib ki, Moskva Bayden-Putin görüşündən məmnundur: "Lap əvvəldən biz xəbərdarlıq etmişdik ki, bu sammitlə bağlı böyük gözləntilər doğrulmaya bilər. Amma indi prezidentin öz qiymətləndirməsini də nəzərə alsaq, bu görüşü daha çox müsbət dəyərləndirmək olar”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"