"GALLUP" seçkilərə bir gün qalmış Köçəryanı qalib elan etdi

18 iyun, 2021 17:25

Ermənistanda səsverməyə 2 gün qalmış (təbliğat kampaniyasının bu gün bitdiyi nəzərə alınarsa əslində, 1 gün qalmış) “GALLUP” beynəlxalq assosiasiyasının erməni ofisi seçkilərin qalibini elan edib.

Ofisin rəhbəri Aram Navasardyan bu gün iyunun 18-də Yerevanda keçirdiyi mətbuat konfransında son rəy sorğularının nəticələrini açıqlayaraq bildirib ki, seçicilərin 28.7 faizi Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” blokuna səs verəcək. Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasına isə 25.2 faiz seçici səs verməyə hazırdır. Keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın "Vətən" partiyası ilə digər keçmiş prezident Serj Sərkisyanın Respublika partiyasının alyansı (alyansa Vanetsyan başçılıq edir) 10.8 faiz səslə üçüncü yerə iddia edə bilər.

Hərçənd bu rəy sorğusunun nə dərəcədə obyektiv olduğu məlum deyil, bəzi məlumatlara görə Navasardyan Köçəryana bağlı adamdır. Bununla belə Paşinyanın reytinqinin seçki kampaniyası dövründə kəskin azaldığı, Köçəryanın reytinqinin isə artdığı şübhə doğurmur.

“Sorğunun nəticələrinə əsasən “Çiçəklənən Ermənistan” partiyasına (Qaqik Tsarukyan) 5.4 faiz, “İşıqlı Ermənistan” (Edmon Marukyan)  partiyasına 5.2 faiz seçici səs verməyə hazırdır”,-Navasardyan bildirib. Onun açıqladığı nəticələrə əsasən bütün digər siyasi qüvvələr və bloklar 5 faizlik baryeri keçə bilməyəcəklər. O cümlədən Levon Ter-Petrosyanın “Erməni Milli Konqresi”  cəmi 1.5 faiz səs toplaya bilər.

“GALLUP” son reytinqləri açıqladığı bir vaxtda Rusiyada yaşayan erməni milyarder-oliqarx Samvel Karapetyan (“Taşir”) qrupu da Robert Köçəryana dəstəyini açıqlayıb. O cümlədən Paşinyanın həmyerlisi, keçmiş Baş qərargah rəisi Onik Qasparyan bütün hərbçiləri Robert Köçəryana səs verməyə çağırıb.

 Qasparyan seçkilərə 2 gün qalmış yaydığı müraciətində Paşinyanın hakimiyyəti “manyakcasına, istənilən yolla idarəçiliyi əldə saxlamaq cəhdlərində” günahlandırıb. Onun sözlərinə görə, müharibə zamanı baş nazir vəzifəsini yerinə yetirən adam və onun komandası indi özlərini günahsız mələk kimi qələmə verərək istənilən situasiyada günahkarlar axtarırlar. Qasparyana görə, məsuliyyətdən yayınan adam dövlət üçün təhlükədir və bu seçkilərdə hərbçilər Robert Köçəryana, onun “peşəkarlardan” ibarət komandasına səs verməlidir.

Virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"