Kremlin baş ideoloqu Putini Oktavian Avqustla müqayisə etdi

19 iyun, 2021 00:10

Kremlin keçmiş baş ideoloqu, indiki Rusiya dövlətinin nəzəri əsaslarının banisi, president Vladimir Putinin keçmiş köməkçisi Vladislav Surkov onu qədim Roma imperatoru Oktavian Avqustla müqayisə edib.

Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, Surkovun “The Financial Times” qəzetinə müsahibəsindən sitatları Rusiya KİV-ləri dərc edir.

Surkov deyib ki, Putin onun köməyi ilə “yeni tip dövlət” yaratdı. Oktavian kimi o, formal olaraq respublika institutlarını saxladı, amma hər şey ona tabe oldu. “İnsanlar mübarizə aparmaqdan çəkinəndə Oktavian hakimiyyətə gəldi. O, yeni tip dövlət yaratdı. Bu, artıq Respublika deyildi. O, respublikanın formal institutlarını saxladı-senat var idi, tribunal var idi. Lakin bütün bunların hamısı bir adam qarşısında hesabat verirdi və ona tabe olurdu. Putin də belə elədi. O, demokratiyanı ləğv etmədi, demokratiyanın prinsiplərini Rusiya idarəçiliyinin arxetipi ilə qarışdırdı, hansı ki, burada azadlıqlar da var, qayda-qanun da”,- Surkov bildirib.

O, qeyd edib ki, Sovet İttifaqında yeknəsəqlik çox idi, ona görə də SSRİ dağıldı. Çünki insanlara müxtəliflik lazımdır. Lakin müxtəliflik Rusiyada 90-cı illərdə yarandı və ölkəni daha tez dağıtmağa başladı.

“Biz insanlara müxtəliflik verməliyik. Lakin bu müxtəliflik nəzarət altında olmalıdır. Bu, xaosla qayda-qanun arasında yaxşı kompromisdir. Azadlıqların həddən artıq olması dövlət üçün öldürücüdür”,- Qərbdə çar rejimi ilə müqayisə olunan və diktatura adlandırılan “suveren demokratiya” nəzəriyyəsinin banisi olan Surkov bildirib.

Rusiya prezidentinin keçmiş köməkçisi etiraf edib ki, Krımın Rusiyaya birləşdirilməsi planının arxasında məhz o dayanmışdı. Surkov bunu Moskvanın Qərbə qarşı “ilk əks-hücumu” adlandırıb. “Mən fəxr edirəm ki, Krımın yenidən fəthinin iştirakçısı olmuşam. Bu, Rusiyanın Qərbə qarşı ilk qətiyyətli geosiyasi hücumu idi. Bu mənim üçün şərəfdir”,-Surkov deyib.

Qeyd edək ki, Surkov həm də Donbassda qondarma “xalq respublikalarının” yaradılması planının müəllifidir və onun Ukraynanın şərqində separatizmi necə alovlandırdığı, QRU diversantlarını necə kurasiya etdiyi haqda elektron yazışmalar, sənədlər üzə çıxıb. Surkov habelə separatçı Abxaziya və Cənubi Osetiyanın kuratoru olub.

Müsahibədə Surkov Kremldən istefasını “kuklaoynadan” imici qazanması ilə əlaqələndirib. “Nə vaxtsa kimsə hansısa vəzifəni tutursa və vətəndaşlar onun haqqında “kuklaoynadan” deyirsə, demokratiyanın boğucusu deyirsə, onu Rasputin adlandırırsa deməli hökumət belə adamları uzaqlaşdırmalı olur. Çünki onlar hakimiyyətə qarşı nifrətin mahiyyətinə çevrilir. Onları dəyişmək lazımdır ki, ölkə sakinlərini qıcıqlandırmasınlar”,-Kremlin keçmiş baş ideoloqu bildirib.

Qeyd edək ki, Surkovun nəzəriyyəsi bir çox digər keçmiş sovet respublikalarında da idarəçilik modeli olaraq tətbiq edilməkdədir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"