İranın yeni PREZİDENTİ

19 iyun, 2021 10:31

İranda keçirilən prezident seçkilərində qalibin adı məlum olub.

Azsiyasət.com yerli KİV-ə istinadən xəbər verir ki, mühafizəkar namizəd İbrahim Rəisi seçkilərdə qalib gəlib. Seçkilərdə iştirak edən yeganə islahatçı namizəd Əbdülnasir Həmmati və digər namizəd Möhsün Rezai onu qələbə münasibətilə artıq təbrik ediblər.

Prezident Həsən Ruhani də xələfinin adının məlum olduğunu lakin adını açıqlamayacağını qeyd edib.