İranın yeni prezidenti kimdir?  - DOSYE

19 iyun, 2021 15:08

İranın yeni prezidentinin adı məlum olub. İranın Secki Qərargahı açıqlayıb ki, iyunun 18-də keçirilən seçkinin ilkin nəticələrinə əsasən, İbrahim Rəisi qalibdir.

Artıq prezident Həsən Ruhani xələfini təbrik edib.

İbrahim Rəisi kimdir?

İbrahim Rəisi 1960-cı ildə İranın əsas dini mərkəzlərindən biri olan Məşhəddə (Noqan məhəlləsində) anadan olub. O, 15 yaşında İranın dini-siyasi, ideoloji mərkəzinin nüvəsi sayılan Qum hövzəsində təhsil alır. İbrahim Rəisi hüquqşünasdır. 

Rəisi 1981-ci ildə Kərac şəhərinin prokuroru vəzifəsində çalışıb. Daha sonra isə vəzifəsində bir az da irəliləyərək Həmadan vilayətinin prokuroru kürsüsündə əyləşib.

Az müddət sonra isə, Loristan, Səman və Kirmanşah bölgələrinin prokuroru olub. Onun fəaliyyəti ali dini rəhbər Seyid Əli Xameneinin ürəyincə olduğundan daha yüksək vəzifəyə təyinat alır. O, 1989-cu ildə Tehranın baş prokuroru təyin edilir.

Rəisi 1994-cu ildə ölkənin Müfəttişlik Təşkilatının sədri seçilir 10 il bu vəzifəsində çalışır.  

 2004-cü ildən 2014-cü ilədək ölkənin Ali Məhkəməsinin birinci müavini və 2014-2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərib. 2015-ci ildə ölkənin Ali Dini Rəhbəri tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri olaraq təyin olunur. 

Qeyd edək ki, İbrahim Rəisi, bundan əvvəlki prezident seçkilərində də (2017-ci ilin mayın 19-u) namizəd olub.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"