"Azərbaycan və Türkiyə düzgün istiqamətdə irəliləyirlər" - Pol Qobl

19 iyun, 2021 16:47

ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasındakı son görüş mütəxəssislərin diqqət mərkəzində olmaqda davam edir. Liderlər nədən danışdılar? Cənubi Qafqaz və bu yaxınlarda Qarabağ uğrunda Azərbaycanın qalib gəldiyi müharibə məsələləri müzakirə olunubmu?

Məşhur amerikalı analitik, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobl fikirlərini Caliber.Az-la bölüşüb:

“Hesab etmirəm ki, Co Bayden və Vladimir Putin arasında Cənubi Qafqazla bağlı danışıqlar olub. Ümumiyyətlə, hər iki lider fikir ayrılığının necə həll ediləcəyi barədə danışmaqdansa, öz mövqeyini ifadə etmiş kimi görünür. Düşünürəm ki, indi müzakirələr daha çox nazirlər və səfirlər səviyyəsində aparılacaq.

Ancaq deyərdim ki, ən vacib hadisə 16 iyunda baş verənlər (ABŞ və Rusiya Federasiyası liderlərinin Cenevrədəki görüşü - red.) yox, Azərbaycan və Türkiyə prezidentləri arasındakı danışıqlar və Şuşada bəyannamənin imzalanmasıdır. Bu vəziyyəti dəyişdirdi və Türkiyəni gələcək müzakirələrdə vacib oyunçuya çevirdi.

Baş verənlər Azərbaycanın xeyrinə işləyir və çətin ki, Rusiyanı sevindirir. Minsk qrupuna gəldikdə: işlərin daha da irəliləməsi üçün qrup ya genişləndirilməli, ya da dəyişdirilməli, ya da ümumiyyətlə dağıdılmalıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada verdiyi açıqlamalar və Ankaraya qayıtdıqdan sonra dəhlizə (Zəngəzurda - red.) dəstək olaraq bu sözləri təkrarlaması məni çox sevindirdi. 30 il əvvəl ərazilərin mübadiləsini təklif etdim (1992-ci ildə müsahib “Qobl Planı” adlı bir memorandum hazırladı. Orada Qarabağ münaqişəsinin ərazi mübadiləsi yolu ilə həll edilməsi ideyasını irəli sürdü. Bu plana görə, Azərbaycana Qarabağ və Ermənistan arasındakı Laçın dəhlizinin əvəzinə Ermənistanın Mehri bölgəsindən Naxçıvana dəhliz təklif edildi - red.). Və mən təklifimin həyata keçirilməməsinə çox şadam.

Ermənistan və Rusiyanın narazı qalması onu göstərir ki, Azərbaycan və Türkiyə Ermənistana güzəştə getmədən Bakının çoxdan ümid etdiyi şeyə çatmağa doğru irəliləyir.

Ermənistan isə ola bilsin ki, “mənim planım”ın istifadə olunmasını nəzərdə tuturdu”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"