Ermənistanda deputatlığa namizəd həbs edildi

19 iyun, 2021 20:58

Ermənistanda deputatlığa namizəd Q.S. həbs edilib.

Azsiyasət.com erməni mediasına isitnadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi istintaq Xidmətinin məlumatında deyilir. Həbs edilən Q.S. seçicilərə rüşvət verməkdə ittiham olunur. Onunla yanaşı, X.M. və K.K. adlı polis əməkdaşları da saxlanılıb.

Qeyd edək ki, “Qürurum var” blokunun üzvü Arsen Babayan “Facebook” səhifəsində həbs edilən namizədin Qor Sedrakyan olduğunu yazıb.