Qüdrət Həsənquliyevlə Sərdar Cəlaloğlu arasında yenidən dava düşdü - Kim haqlıdır?

20 iyun, 2021 00:40

Azsiyaset.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın saytına verdiyi müsahibəni təqdim edir:

- Qüdrət bəy, dünən Sərdar Cəlaloğlu Elman Nəsirovla debat zamanı sizi nə zamansa Türkiyəni Rusiyadan üzr istəməyə çağırmaqda günahlandırıb. Onun bu iddiasını necə izah edərdiniz?

- Əksər insanlar yaşlaşdıqca müdrikləşir, o isə hər keçən gün ciddiliyini daha çox itirir. Ağ yalan danışmaqdan utanmayan bu böhtançı yəqin ki,1995-ci ilin noyabrında Türkiyə F-16-nın 17 saniyə ərzində Türkiyə sərhədlərini pozaraq təqribən 2 km Türkiyə ərazisinə daxil olmuş Rusiyanın SU-24 təyyarəsini vurmasına mənim o zaman sərgilədiyim münasibətə görə belə sərsəm açıqlama verib.Türkiyə Rusiyaya buna görə sonradan üzürxahlıq edib kompensasiya ödəsə də mən belə bir çağırışla heç vaxt çıxış etməmişdim. Sadəcə söyləmişdim ki, Türkiyə və Rusiyanın həyati mənafeləri tələb edir ki, əməkdaşlıq etsinlər. Ona görə də münasibətlərə ciddi ziyan vuran hərbi təyyarənin vurulmasının yalnış qərar olduğunu söyləmişdim. Zaman mənim nə qədər haqlı olduğumu sübut etdi. Onu da söyləmişdim ki, Türkiyə qardaş ölkə kimi Rusiya ilə münasibətlərini qurarkən mütləq Qarabağın işğal altında olmasını və Azərbaycanı nəzərə almalıdır. Onu da zaman zaman söyləyirdim ki, Türkiyə Qarabağın işğalını öz torpaqlarının işğalı kimi qəbul edib Rusiya ilə bu istiqamətdə birbaşa danışıqlar aparmalıdır. Azərbaycan hökumətinə isə çağırış edirdim ki, Paşinyan hakimiyyətə gələndən sonra torpaqlarımızı işğaldan azad etməyimiz üçün unikal şans yaranıb. Rusiya ilə danışmalı,Qərbdən asılı olmayan, müstəqil və cəsarətli siyasəti ilə Türkiyənin regionda və dünyada maraqlarını qətiyyətlə qoruyan, milli maraqları hər şeydən üstün tutan Ərdoğanın hakimiyyətdə olmasından istifadə edib torpaqlarımızı işğaldan azad etməliyik. Hər kəs çox da uzaq olmayan həmin dövrün mətbuatına təkrar nəzər yetirməklə buna əmin ola bilər.

- İranda keçirilən president seçkisinin nəticəsinə - İbrahim Rəisinin Prezident seçilməsinə münasibətiniz necədir?

- İranda ölkənin daxili və xarici siyasətini İranın Ali Dini rəhbəri müəyyən etdiyindən Prezident daha çox həmin siyasətin icrası ilə məşğul olur. İran çalışır ki,Azərbaycana münasibətdə daha çox Rusiya ilə sinxronlaşdırılmış xarici siyasət yürütsün. Hazırda Rusiya ilə münasibətlərimiz yüksək səviyyədə olduğundan, Türkiyə ilə müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanandan sonra narahatlıq üçün əsas yoxdur. Azərbaycan Respublikasının Prezidenti Türkiyə və Rusiya Prezidentləri ilə yanaşı İbrahim Rəisini ilk təbrik edənlərdən biri oldu. Biz hər zaman İranla dostluq və əməkdaşlıq siyasətinə sadiq olmuşuq. Ümid edirəm hər iki ölkənin rəhbərliyi və siyasi elitası İranda 30 milyon azərbaycanlı türkün yaşamasını, qonşu olmağımızı, eyni dini dəyərləri bölüşməyimizi, tarixi,mədəni, humanitar, iqtisadi əlaqələrimizi nəzərə alıb, daha sıx əməkdaşlıq edəcəkdir. İbrahim Rəisini prezident seçilməsi münasibətilə təbrik edir, işlərində uğurlar diləyirəm.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"