"Bununla da erməni xalqı müharibə istəmədiyini bəyan etdi" - Sülhəddin Əkbər

21 iyun, 2021 12:43

Xəbər verdiyimiz kimi ötən gün Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib. O, seçicilərin 53.92 faizinin etimadını qazanıb.

Ötən gün baş tutan seçkilər Azərbaycanda da böyük maraqla izlənilib. Paşinyanın qalib gəlməsinin ölkəmiz üçün əhəmiyyəti müxtəlif səpkilərdə şərh edilib. 

Azsiyasət.com xəbər verir ki, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də qafqazinfo.az-a açıqlamasında Paşinyanın qalibiyyətinin Azərbaycan üçün əhəmiyyətli olduğunu bildirib: “Buna görə də Azərbaycan cəmiyyəti də haqlı olaraq prosesi yaxından izləyirdi. Seçkiöncəsi şərhlərimdə də bildirmişəm ki, bütün şərait və şərtlərə baxmayaraq Paşinyan qalib gələcək. Paşinyanın da qalib gəlməsi bizim maraqlarımıza uyğundur. 

Nəticələr gözlədiyim kimi də oldu. Artıq erməni xalqı bir daha təkrar öz seçimini göstərdi. Erməni xalqı müharibəni, revanşizmi deyil, sülhü sabitliyi, təhlükəsizliyi, iqtisadi inkişaf istədiyini bir daha bəyan etdi.  

Digər tərəfdən erməni xalqı öz xarici inkişaf siyasətində də demokratiyanı, demokratik Qərbi seçdi, nəinki avtoritar Rusiyanı. Eyni zamanda, erməni xalqı artıq başa düşür ki, bu müharibənin arxasında məhz Rusiya dayanır. Ona görə də bizim üçün artıq üçtərəfli razılaşmanın yerdə qalan bəndlərinin həyata keçirilməsi üçün şərait yaranıb. Erməni xalqı Paşinyana kart-blanş verib. Azərbaycan Rusiyaya təzyiq etməlidir ki, öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin və erməni silahlı qüvvələri bizim ərazimizdən çıxarılsın. Həm də Ermənistanla sərhəddə delimitasiya və demarkasiya işləri başa çatdırılsın, eyni zamanda Zəngəzur dəhlizi açılsın. 

Azərbaycan bu 3 istiqamətdə səylərini birləşdirməlidir. Digər bir məsələ isə bunlardan heç də az əhəmiyyətli olmayan mina xəritələrinin əldə edilməsidir. Rusiya da bundan sonra öz hesabını götürməlidir. Rusiya erməni xalqının seçiminə təsir edib öz adamı olan Koçaryanı hakimiyyətə gətirə bilmədi. Amma bizim üçün burada narahatlıq yaradan məsələ odur ki, erməni xalqı öz seçimini etdiyinə görə Rusiya Qarabağda öz nəzarəti altına götürdüyü hissədə bundan sonra daha da möhkəmlənməyə çalışacaq.

Xüsusilə də Şuşa bəyannaməsinin imzalanmasından sonra onun qorxusu daha da artıb və bundan sonra daha da artacaq.  Bundan sonra biz Qərblə daha çox işləməliyik. Qarabağ münaqişəsinin həllində yaranmış geopolitikada Böyük Britaniya, Çin, Rusiyadan istifadə etdik. İndi isə delimitasiya, demarkasiya məsələsində və Zəngəzur dəhlizinin açılmasında Azərbaycan Qərblə, xüsusilə Amerikayla sıx işləməlidir. Biz Qərbdən siyasi diplomatik cəbhədə olan hücumları neytrallaşdıra və Rusiyadan olan hücumları isə balanslaşdırmalıyıq”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"