"Əlbəttə, biz görürük ki, Paşinyan inamlı qələbə qazanıb..." - Kremldən ilk reaksiya

21 iyun, 2021 15:10

Ermənistanda dünən keçirilən parlament seçkilərinin nəticələri keçmiş prezidentlər Robert Köçəryan, Serj Sərkisyan və Paşinyanın uduzmasını arzu edən digərləri üçün o qədər gözlənilməz olub ki, onlar hələ də səslərini çıxarmırlar. Görünür baş verənlərə izah tapa və məğlubiyyəti əsaslandıracaq arqumentlər formalaşdıra  bilmirlər.

Köçəryanın “Ermənistan” blokundan keçmiş deputat Armen Rüstəmyan isə deyir ki, Nikol Paşinyan “pirr qələbəsi” qazanıb və bu seçkilər cəmiyyətdəki parçalanmanı aradan qaldıra bilməyib. Onun fikrincə, cəmiyyətin bir qismi dərk edir ki, müharibə “satqınlıq nəticəsində” uduzlub, digər qismi isə təbliğatın təsiri altındadır və hakimiyyətin ötəri dayağına çevrilib.

Rüstəmyan seçkilərdə “misli görünməmiş pozuntular” baş verdiyini deyir. Məsələn, bildirir ki, müxalifətin bülletenlərində şübhəli ləkələr və izlər olub. “Bütün polis müxalifətə qarşı işləyirdi.  Biz təbliğat işini qurmaq əvəzinə saxlanılan fəalların polisdən buraxılması üçün çalışmağa məcbur idik. Əgər belə proseslər əvvəllər baş versəydi, beynəlxalq təşkilatlar çağırışlar edərdilər. Nəyə görə onlar indi susurlar? Yəqin indiki hakimiyyət onlara sərf edir, ona görə.  Əgər konkret hakimiyyət onlara sərf edirsə hər şeyə göz yuma bilərlər. Biz elektriklərin kəsildiyi zamanlara geri qayıtdıq. Əvvəllər bunu bülletenləri dəyişdirmək üçün istifadə edirdilər. Nəyə görə işıqlar məhz seçki qutuları açılanda sönür?”,- Rüstəmyan bildirib.

O deyib ki, seçkilərin nəticələrini tanımayacaqlar. Amma ölkənin qanlı qarşıdurma yoluna daxil olmasını da istəmirlər.

Rüstəmyan Zəngəzurda Paşinyanın böyük fərqlə qalib gəlməsini də anlamadığını deyir. “Şurnux kəndində səsvermə isə ümumiyyətlə, absurd janrındandır. Bu nədir, alçaldılmış vəziyyətdə yaşamağa razılaşmaq və layiqli sülh vəd edən adamlara ümid etməmək? Üstəlik düşünmək ki, bu adamlar gəlib türkü daha da qəzəbləndirər və əvəzində onlar daha da irəli gedər? Təəsüflənirəm ki, bizim xalqın arasında belə seçim edən adamlar var”,-Armen Rüstəmyan Şurnux sakinlərinin Paşinyana səs verməsindən gileylənərək deyib.

Moskvadan isə ilk rəsmi reaksiya eşidilib. Prezident Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ermənistandakı seçkilərlə bağlı situasiyanı diqqətlə izləyir. “Biz Yerevandan daxil olan informasiyaları çox diqqətlə izləyirik və o cümlədən MSK-nın seçkilərin baş tutduğu barədə bəyanatını alqışlayırıq. Və əlbəttə, biz görürük ki, Paşinyanın partiyası inamlı qələbə qazanıb”,- Peskov bildirib.

Onun sözlərinə görə, Kreml arzu edir ki, erməni xalqının bu qərarı ölkənin “dayanıqlı inkişaf yoluna çıxmasına” kömək etsin.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"