"NATO Azərbaycanı etibarlı tərəfdaş hesab edir" - General

22 iyun, 2021 13:48

"NATO Azərbaycanı etibarlı tərəfdaş hesab edir".

Azsiyaset.com xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokel iyunun 22-də müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə deyib.

O, Azərbaycanı terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.