Tayvanın Qarabağ müharibəsindən çıxardığı dərslər - "The Foreign Policy" nəşri yazır...

22 iyun, 2021 17:05

Dünya mediası hələ də Azərbaycan ordusunun Qarabağda 44 günlük müharibə zamanı tətbiq etdiyi savaş texnologiyalarından və alətlərindən, bunların gələcək müharibələrin gedişatına mümkün təsirlərindən yazmaqdadır.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, ABŞ-ın “The Foreign Policy” nəşrində QOMPLX adlı kommersiya kibertəhlükəsizlik və risk analizi firmasının icraçı direktoru, ABŞ ordusunun keçmiş zabiti, Əfqanıstanda xidmət etmiş, Amerika ordusunun Kiber Komandanlığında müşavir olan Ceyson Grabtre (Jason Grabtree) hətta Tayvan ordusunun bu müharibədən dərs çıxardığını yazır.

“Qəzza və Qarabağ gələcək münaqişələrə baxış idi” başlıqlı məqaləsində müəllif  bu iki qısamüddətli müharibənin gələcək savaşlar, xüsusən də hava qüvvələrindən istifadə baxımından bəzi dərsləri üzə çıxardığı qeyd olunur.

Müəllif xatırladır ki, Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana F-16 qırıcılarını müvəqqəti istifadəyə verib, eləcə də Ermənistan ordusuna qarşı  geniş çeşiddə dronlar işə salınıb. İsrail isə Qəzza sektoruna nəzarət edən HƏMAS-a qarşı son müharibədə hədəfi özünə çəkmək üçün süni intellektdən istifadə etdiyini bildirib.

Müəllif bu ilin mayında 20 günlük müharibə zamanı “HƏMAS”-ın  İsrailə minlərlə raket ataraq “Dəmir günbəz” raketdən müdafiə sistemini sərt sınağa çəkdiyini yazır.

Məqalədə deyilir ki, bir təhlilçi Qarabağda əsasən Rusiya istehsalı olan ortamənzilli raket buraxıcılarından ibarət 175-dək hərbi avadanlığın dronlar tərəfindən müəyyənləşdirilərək məhv edildiyini aşkarlayıb. Azərbaycan həmçinin Türkiyənin “Bayraktar TB2” dronundan istifadə edərək dağlıq ərazilərdə yerləşdirilmiş yer-hava sistemlərini (S-300 zenit-raket kompleksləri nəzərdə tutulur,-red) vurub.

“NATO bu dərsə çox fikir verməyəcək, çünki Ermənistanın havadan müdafiə strategiyası Azərbaycanın işini nisbətən ağrısız edib… Amma Tayvan Çinin sahildən hücumundan müdafiə kontekstində asimmetrik dron müharibəsini öyrənəcək. Elə Çin də, şübhəsiz ki, antidron avadanlığına sərmayəni gücləndirəcək, onları həm dəniz, həm sahil qüvvələrində yerləşdirəcək”, – məqalədə deyilir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"