Gədəbəydə düşmən əlinə keçən əsgəri diri-diri yandırmaq istədilər dırmayın..." - "Birdən xəbər gəldi ki, onu yan

23 iyun, 2021 14:26

Bakıda Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni hərbi canilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və  Xosrovyan Alyoşa Aramaisoviçin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  

Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində yenə zərərçəkmişlər dindirilib. Erməni əsirliyində qeyri-insani rəftarla üzləşən zərərçəkmişlər onlara verilən işgəncələrdən danışıblar.

Zərərçəkmiş Elşən İslamov ifadəsində deyib ki,  1997-ci ildə Gədəbəy rayonunda hərbi xidmətdə olarkən erməni kəşfiyyatı tərəfindən əsir götürülüb. O, şəxsən Lüdvik Mkrtçyan tərəfindən amansız işgəncələrə məruz qalıb, deyir ki, bu cəlladı televizorda görən kimi tanıdı.

Keçmiş hərbi əsir başına gələnləri məhkəmədə belə nəql edib: "1999-cu ildə Yerevandakı təcridxanadaya apardılar. Məni bir otağa saldılar, Mkrtçyan gəldi, mənimlə söhbət elədi. Dedi ki, ad soyadını dəyişib Ermənistanda qalacaqsan ailə quracaqsan, Ermənistan vətəndaşlığını qəbul edəcəksən, Azərbaycanlılara qarşı döyüşəcəksən. Razılaşmadığıma görə mənə amansız işgəncələr verdi. Sonra məni Şuşa türməsinə güllələməyə apardılar. Əsir götürüləndə bloknotumu görüb " tı xudojnik?" deyə soruşdular. Mənim rəssamlığa meylim vardı. Bir kağız gətirdilər ki,  erməni zabitinin şəklini çək. O zabitin gözünü necə var eləcə də çəkmişdim. Buna görə məni dəmirlə döyməyə bağışladılar. Qış idi, çıxardılar qarın üstünə orda məni 20-30 nəfər əsgərə təhvil verdilər. Əsgərlər məni yerə uzadıb əllərimi bağladı, üstümə bir kanistr benzin tökdülər, kanistri başımın altına qoydular. Biri lopa düzəldib əlində tutdu,  hazırlaşırdılar ki, məni yandırsınlar. Birdən xəbər gəldi ki onu aparırıq,  yandırmayın. Əlində lopa tutan erməni lopanı söndürdü. Başladılar yenidən döyməyə ki səni niyə yandırmağa qoymadılar...”

Düşmən əsgərləri daha sonra Elşən İslamovu maşına mindiriblər, daha doğrusu maşında onu ayaqlarının altına uzadıblar. Yeməyə nəsə  veriblər, amma yemək istəyəndə döyüblər. Maşını hansısa kənddə saxlayıblar. Yerə düşürüb başından elə güclü zərbə vurublar ki, huşunu itirib. Ayılanda əllərinin boruya bağlandığını, başına qara torba keçirdiklərini görüb.

“Betonun üstünə uzatmışdılar. Şuşa türməsində olduğumu bildim. Çoxlu yaralı azərbaycanlı əsirlər vardi. Birinin gözünü çıxarmışdılar. Çoxusu deyirdi ki, 1992 ci ildə əsir düşmüşük. Betonun üstünə su tökürdülər, orada yatırdıq. Döyülməyə bədənim alışmışdı. Ayaqyoluna gedəndə də döyülürdük.  Bir dəfə bizə dedilər Qırmızı Xaç gəlir. Elə bildim ermənilər xaçla damğa vuracaqlar. Deyirdim kaş öldürsünlər amma damğalamasınlar",-keçmiş hərbi əsir deyir.

 Zərərçəkmiş deyir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi əsirlərlə görüşdükdən sonra onlara pal-paltar, yorğan-döşək verilib. Amma nümayəndələr getdikdən sonra ermənilər hamısını əllərindən alıblar: "Komitə nümayəndəsi gedəndən sonra yorğan döşəyi aldılar.  Sonra məni iki nəfər maşına mindirib bir dağa apardılar. Orda düşürdülər ki,  güllələyəcəyik. Sevindim ki, biryolluq canım qurtarır. Geriyə baxanda gördüm bizim postumuzdu. Məni saxladılar başladılar bizimkilərə tərəf atəş açmağa. İstəyirdilər ki bizimkilər də atəş açsın,  bizi vursun. Amma bizimkilər məni vurmadılar".

E.İslamov bildirib ki, Mkrtçyan ona  Şuşa türməsində də  amansız işgəncələr verib,  kəlbətinlə qızıl dişlərini çıxardıb. “Onun baxışları heç vaxt bu illər ərzində gözümün önündən getməyib",-məhkəmədə erməni hərbi cani ilə üzləşən keçmiş əsir deyib.

Məhkəmədə digər zərərçəkmişlər-keçmiş hərbi əsirlər də danışıblar və bu iki erməni cəlladının onlara elədikləri zülmlər, qeyri-insani işgəncələr haqda danışıblar. Bu danışılanları daha sonra oxuculara təqdim edəcəyik.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI