Azərbaycan 20 məhbusu İrana təhvil verdi

23 iyun, 2021 21:56

20 iranlı məhkum Azərbaycan Respublikasından ölkələrinə təxliyyə olunub.

Azsiyasət.com IRNA-ya istinadla xəbər verir ki, bu barədə İranın Məhkumların Köçürülməsi Komitəsinin sədri Mahmud Abbasi məlumat verib.

Onun sözlərinə görə, 20 məhbus qonşu dövlətin ədliyyə orqanlarına bu gün iran təhvil verilib. Mahmud Abbasi vurğulayıb ki, məhbuslar narkotik ticarəti ittihamı ilə Azərbaycanda cəza çəkiblər və onlardan doqquzu qadındır. "Bu məhkumlar cəzalarının qalan hissəsini İran həbsxanalarında çəkəcəklər".