Elmira Axundovanın Heydər Əliyev haqqında biabırçı sözləri - Xanım səfirin məqsədi nədir? - VİDEO

25 iyun, 2021 12:04

“Zaman nə tələb edirdi, Heydər Əliyev də elə olurdu... Kommunist də ola bilərdi, dindar da, ateist də...”.

Bunu Azərbaycanın Ukraynadakı səfiri, uzun müddət parlamentdə mandat daşıyan, ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti haqqında kitablar yazan Elmira Axundova deyir. 

Elmira Axundovanın sözlərinə dəfələrlə qulaq asa bilərsiniz, amma xanım səfirin ulu öndər Heydər Əliyevi “təriflədiyi”, yoxsa, “tərif adı altında” ümumilli lideri çox mənfi obrazda göstərməyə çalışdığı şübhələri, sualları yaranır. 

O da şübhələrə səbəb olur ki, palaz-palaz kitablar yazan Elmira Axundovanın yazdıqları yalan imiş, yoxsa...

"Qaş düzəltmək istəyəndə vurub göz çıxarmaq” buna deyərlər, amma bəlkə də Elmira Axundova Heydər Əliyev haqqında illərdir şüuraltında mövcud olan gerçək fikirlərini istəmədən də olsa üzə çıxardı. Axı insan nə qədər gizlədirsə gizlətsin, şüuraltı qatında mövcud olanlar bu və ya digər formada üzə çıxır. Açıq qalan suallar çoxdur, amma fakt budur ki, xanım səfir “tərif” adı altında ümummilli lider Heydər Əliyev haqqında danışarkən, əndazəni aşır, çoxmənalı fikirlər səsləndirir.

Elmira Axundova müsahibəsində deyir: “Heydər Əliyev həmişə dəyişə bilirdi. Kommunist rejimi vaxtı o, əsl kommunist idi. Lazım idi SSRİ-ni müdafiə etmək, o SSRİ-nin qurucusu idi, amma müstəqillik dövründə o, tam başqa bir lider oldu. Onun üçün milli maraqlar əsas idi, millli maraqlar naminə kommunist də ola bilərdi, dindar da ol bilərdi, ateist də ola bilərdi”.

Ardınca xanım səfir qəribə formada gülür. Dediyi çoxmənalı fikirlər və gülüşü Elmira Axundovanın ümumilli lideri “tərif” altında mənfi obrazda göstərmək niyyəti görünür. Hər-halda çıxışına baxanlar bunu aydın görə bilərlər. Təsadüfi deyil ki, Elmira Axundovanın bu fikirləri sosial şəbəkələrdə “Elmira Axundova Heydər Əliyevi biabırçı formada “tərifləyir” şərhi ilə paylaşılıb.

Gələk Elmira Axundovanın etdiyi çıxışına. Xanım səfir deyir ki, “Heydər Əliyev həmişə dəyişə bilirdi”.

Burada ümumilli liderin şəxsiyyətinin yumşaq desək, yanlış formada təqdim edilməsi var.

Daha sonra o qeyd edir ki, “Kommunist rejimi vaxtı o, əsl kommunist idi. Lazım idi SSRİ-ni müdafiə etmək, o SSRİ-nin qurucusu idi”.

 

Elmira Axundovaya xatırladım ki, SSRİ dövründə hər kəs kommunist partiyasının üzvü idi, o cümlədən, vəzifədə çalışanlar. SSRİ rəhbərliyində təmsil olunan ulu öndər Heydər Əliyevin də yeganə partiyanın üzvü olması təəccüblü deyildi. Lakin tarix təsdiqləyir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycan SSR rəhbərliyinə gələndən, Moskvada yüksək vəzifəyə gedənə qədər həmişə Azərbaycançı, milli düşüncəli olub və dövrün şərtlərinə uyğun Azərbaycanın maraqlarını müdafiə edib. SSRİ-nin qılıncının dalının da, qabağının da kəsdiyi ən qatı dövründə - 70-ci illərdə Heydər Əliyev milli idealogiyanı təbliğ edən addımlar atırdı. Misal üçün, Azərbaycanın tarixi haqqında çəkilən filmlərin senzuradan keçə bilməsi, ana dilinin təbliğ edilməsi və sairə məhz onun xidmətləri idi.

Elmira Axundova isə elə danışır ki, sanki Heydər Əliyev öz maraqları naminə “hər formada fəaliyyət göstərirmiş”. Yenə yumşaq deyirik, bu, ümumilli liderin şəxsiyyətinə qarşı böyük təhqirdir.

Elmira Axundova isə bununla kifayətlənmir və deyir ki, “Heydər Əliyev millli maraqlar naminə kommunist də ola bilərdi, dindar da ol bilərdi, ateist də ola bilərdi”.

Xanım səfir niyə Heydər Əliyevin milli maraqlar naminə böyük fədakarlıqlarından danışmır, amma guya “tərif” adı altında ümumilli liderin şəxsiyyətinə bu formada yanaşır. Elmira Axundova bu sözləri ilə demək istəyir ki, Heydər Əliyevin ideologiyası yox imiş və o, “hər dona girməyi bacarırmış”?

Xanım səfirinin sözləri məhz belə fikrin yaranmasına xidmət edir. Təsadüfi deyil ki, ümumilli liderə qarşı olanlar sosial şəbəkələrdə Elmira Axundovaya istinadən, belə fikirləri təbliğ edirlər.

Sual yaranır, Elmira Axundova həqiqətənmi Heydər Əliyevi ucaltmaq istəyir, yoxsa, sətraltı hücumlar edir? Yaxud xanım səfir nə danışdığını ümumiyyətlə bilirmi? 

Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI